Kobud rəftardan inciyən adama filosofun məsləhəti

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 652
Səs ver:
(səs: 0)
Bir gün məşhur qədim yunan filosofu Sokrat bir kişini görür ki, çox narahat vənigarandır.
Narahat olmasının səbəbini soruşur və həmin şəxs cavab verir:

"Yolda gələn zaman tanışlarımdan birini gördüm və salam verdim. O, mənim salamımın cavabını almadı. Etinasız və təkəbbürlü halda çıxıb getdi. Mən onun burəftarından çox narahat oldum".

Sokrat deyir: "Niyə incimisən?".

Kişi təəccüblə soruşur: "Məlumdur ki, belə rəftar - narahat edəndir".

Sokrat soruşur: "Əgər yolda kimisə görsən ki, yerə düşmüşdür və ağrıdan bükülübdür, ondan inciyərsənmi?".

Kişi deyir: "Əlbəttə də ki, incimərəm, kim xəstədən inciyər ki?".

Sokrat deyir: "İncimək yerinə nə edərdin?".

Kişi deyir: "Ürəyim yanardı və ona şəfqət göstərərdim. Çalışardım ki, onu həkimə aparım və ya dərman verim".

Sokrat deyir: "Bunları ona görə edərdin ki, onu xəstə bilərdin. Məgər insanın ancaq cismi xəstə olur? O kəsin ki, rəftarı düz deyildir, məgər onun ruhu xəstə deyildirmi? Hər kimin ruhu sağlam olar, o, heç bir zaman pis rəftarlar etməz.

Ruh və fikir xəstəliyinin adı qəflətdir. Bucür insandan incimək yerinə, ona yardım etmək lazımdır. Ona ruh təbibi tapmaq lazımdır.

Bundan sonra heç kəsdən incimə və qəlbinə kin buraxma. Hüzurunu əldən vermə.
Bil ki, nə zaman bir nəfər pislik edir, həmin an o sağlam deyildir, bəlkə xəstədir".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri