Paolo Coelho-dan ibrətamiz hekayə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 642
Səs ver:
(səs: 0)
Leonardo da Vinçi "Son Axşam Yeməyi" adlı şəklini çəkməyi düşünəndə böyük bir çətinliklə qarşılaşdı. Yaxşını İsanın bədənində, Pisi də İsanın yoldaşı olan və son axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etməyə məcbur idi.

Rəsmi yarımçıq qoyaraq bu iki adama model olaraq istifadə edə biləcəyi birlərini axtarmağa başladı. Bir gün bir xorun verdiyi konsert zamanı, xorlarda birinin İsa təsvirinə çox uyğun gəldiyini fərq etdi. Onu poza verməsi üçün emalatxanasına dəvət edib, saysız-hesabsız layihə və eskiz çəkdi. Aradan üç il keçdi. "Son Axşam Yeməyi" demək olar ki, tamamlanmışdı, ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli bilmədi.

Leonardonun çalışdığı kilsənin kardinalı, rəsmi bir an əvvəl bitirməsi üçün rəssamı sıxışdırmağa başladı. Günlərlə axtardıqdan sonra Leonardo vaxtından əvvəl qocalmış gənc bir adam tapdı. Cır-cındır içindəki bu adam sərxoşluqdan özündən keçmiş bir vəziyyətdə səki kənarına yıxılmışdı.

Leonardo, köməkçilərinə adamı çətinliklə də olsa kilsəyə daşımalarını söylədi. Çünki artıq qaralama çəkəcək zamanı qalmamışdı. Kilsəyə çatanda köməkçilər adamı ayağa qaldırdılar. Yazıq, başına gələnləri anlamamışdı. Leonardo adamın üzündə görülən inamsızlığı, günahı, eqoizmi şəkilə keçirirdi.

Leonardo işini bitirdikdə, o zamana qədər sərxoşluğun təsirindən xilas olmuş olan berduş gözlərini açdı və bu möcüzə divar şəklini gördü. Çaşqınlıq və hüzn dolu bir səslə belə dedi: "Mən bu rəsmi daha əvvəl görmüşəm".
"Nə vaxt"? Deyə soruşdu Leonardo da Vinçi, o da çaşıb qalmışdı.
"Üç il əvvəl" - dedi adam. "Əlimdə ovucumda olanı itirmədən əvvəl. O vaxtlar bir xorda mahnı oxuyurdum. Bir çox xəyalım vardı. Bir rəssam məni İsanın üzü üçün reklam etmək üçün dəvət etmişdi".

Yaxşı və Pisin üzü eynidir.
Hər şey insanın yoluna nə vaxt çıxdıqlarına bağlıdır.

Paolo Coelho
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 642
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri