Yaşanmış bir həyat hekayəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 764
Səs ver:
(səs: 0)
Bir türk qadının dilindən.

1919-cu il idi. İstanbul başdan ayağa ingilislərin işğalı altındaydı. Liceyi yenicə bitirmişdim, gözəl bir qız idim. Elçilər gəlməyə başladı. Biri vəkil idi. Uzaqdan göstərdilər, boylu buxunlu yaraşıqlı bir gənc idi. Bəyəndim. Nişanlandıq. Nişanlımı sevirdim. Xoşbəxt bir yuva xəyalları ilə səhərədək özümə cehizlər hörüb hazırlayardım.
Amma çox keçmədi ki, məhəllədə bir dedi qodu yayıldı. "Ayşənin nişanlısı vəkil deyilmiş, səfilin biridi, məscidlərin önündə tabut daşıyır onunla dolanır" deyə danışırdılar. Alt üst oldum. Babamla qərar verdik, uzaqdan izlədik nişanlımı...doğrudan da tabut daşıyırdı. Dünya başıma fırlandı. Nişanı qaytardım, ayrıldıq...
Aradan 5 il keçdi...Ailə qurmuşdum, bir oğlum da vardı. 1924-cü il idi. Artıq ölkəmiz müstəqil idi. Bir gün Bəyoğlunda köhnə nişanlıma rastladım. Oğlum yanımdaydı. Məni görcək titrədi, hörmətlə pencəyini düymələdi. "Vaxtınız varsa mənimlə çay içə bilərsiz?" Deyə soruşdu. "Olar" dedim. Bir büroya getdik. Bura bir vəkil bürosu idi və qapida adı yazılmışdı. İçəridə köməkçiləri çalışırdılar.
- Siz doğrudan da vəkilsiniz? - deyə soruşdum.
- Bəli - dedi, başını aşağı salaraq. - Məni bağışlayın - dedi - İstanbul işğal altında idi. Hər tərəf İngilis əsgərləri ilə dolmuşdu. Hər şeyi didik-didik axtarırdılar. Biz də Anadoluya, Milli Qüvvətlərə ancaq cənazə "donu" geyindirərək silah çatdıra bilirdik. Bu ölkə üçün xeyirli və çox lazımli bir iş idi. Bunu sizə belə deyə bilməzdim.

BU VƏTƏNİ CANLARINI VƏ EŞQLƏRİNİ FƏDA EDƏ BİLƏNLƏRƏ BORCLUYUQ!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri