"İpdən adam almaq" deyiminin gərçək hekayəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 007
Səs ver:
(səs: 0)
Bir zamanlar varlı zadəgan bir ingilis ağır cinayət törətmiş. Cinayətin cəzası edam imiş.
Adam İngiltərənin ən şöhrətli vəkilini tutmuş. Vəkil söz verirki "Narahat olma, mən səni xilas edəcəm"

Məhkəmə başlamış. Vəkil müdafiə çıxışını etmiş və hakim qərarı açıqlamış "EDAM"
Vəkil yenə müvəkkilinə "Narahat olma, mən səni xilas edəcəm" demiş. "Necə?" deyə soruşanda cavab vermiş - "Bu qərardan şikayət verəcəyik ərizəmiz təmin olunacaq"
Beləcə şikayət ərizəsi verirlər, apelyasiyaları təmin olunmur qərar yenə də "EDAM"

Adam "Bəs deyirdin məni xilas edəcəksən" deyə vəkilə qışqırmış. Vəkil "Narahat olma sözümü tutacam, Lordlar palatası edamı ləğv edər"
İş Lordlar Palatasına göndərilir, cinayət işi incələnir qərar "EDAM"

Vəkil müvəkkilinə "Kraliça əmr verməsə heç bir edam gerçəkləşməz" deyir və dosya Kraliçanın hüzuruna göndərilir. Kraliça da möhürü vurur "EDAM"

Londonun tam mərkəzində eşafot qoyulur. Hakim, prakuror, vəkil, güvənlik işçiləri hamısı ora toplanır. Adam od püskürən baxışlarla vəkilinə baxır.
Vəkil isə "sus" işarəti ilə "səni xilas edəcəm" eyhamını vurur.
Cəllad yağlanmış ipi məhkumun boğazına keçirir və altındakı kətilə də təpik vurur.
Adam ipdən sallanmaya başlamışkən vəkil yerindən sıçrayıb cibindən çıxartdığı bıçaqla ipi kəsir.

Məhkum çətinliklə nəfəs alaraq yerə yıxılır. Dərhal hakimlər prakurorlar qaçaraq gəlirlər və vəkilə "Sən neynədin?"

Vəkil İngiltərə cinayət məcəlləsini cibindən çıxarır və deyir:
-Qanuna görə müvəkkilimin törətdiyi cinayətə görə cəzasi edamdır, siz də onu edam etdiz. "Edam edilərək öldürülür" deyə bir höküm yoxdur. Buna görə də cəza tam yerinə yetirilmiş sayılır.

Bundan sonra İngiltərədə bir hüquq qalmaqalı mübahisələri başlamış. Kraliça, vəkilin bu bacarığından dolayı məhkumu əhf etmiş və İngilis cinayət məcəlləsinə bu əlavəni edir.

"EDAMA MƏHKUM EDİLƏN KİŞİ, ASILARAQ ÖLDÜRÜLÜR"

O zamanlar TV yox, qazetlər yox, amma bu bu hadisə dildən dilə bütün dünyaya yayılmış. "İpdən adam almaq" kəliməsi də belə yaranır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri