Yarım qalan xəyallar

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 4 212
Səs ver:
(səs: 0)
Kamilin işlədiyi şirkətdə bu günkü iclas çox sıxıcı və yorucu keçmişdi.Bu səbəbdən evinə yola düşəndə maşını çox asta sürürdü, gözləri az qalırdı bağlansın.Neçə dəfə yol kənarında saxlayıb üz-gözünə su vurmuşdu və bu az da olsa onun oyaq qalmasına kömək edirdi.Xarici şirkətdən ona iş təklifi eləmişdilər.Bu barədə düşünürdü.Gedib-getməmək barəsində tərəddüt edirdi.Bütün tanışları, dostları Bakıda idi.Hansısa avropa şəhərinin həyat tərzinə və müdürlərə uyğunlaşmağın çətin olacağı qərarına gəlirdi, amma bunu bir şans olaraq dəyərləndirmək istəyirdi.Elə bu təzadlı düşüncələrlə parkın yanından keçəndə necə oldusa bir qız özünü yola atdı, Kamil tormozlayanda başı sükana dəydi.Az bir müddətdə gözü qaralsa da maşının qabağına baxır, həmin qızın öldüyünü zənn eliyirdi.Qorxa-qorxa maşından düşüb qıza tərəf əyildi.Qız oyaq idi ona baxırdı və birdən danışanda Kamil anidən qorxdu..
-Mənə kömək elə!
+Dəlisən sən?Özünü niyə maşının altına atırsan ki?Məni niyə zibilə salırsan?
-Bağışla.Nə qədər əl eliyirəm heç kim saxlamır.İnsanlıq ölüb elə bil.
+Nə kömək eliyim sənə?-Kamil əlindən tutub qızı qaldırdı.-nə problemin var?
-Evimə apar da məni..-əlini başına vurdu..onun da başı asfalta dəyib başı qanamışdı.

-Qaaann-deyib huşunu itirəndə Kamil tutdu onu..
-Aydaa işə düşdük də..Ay qız evin hardadı sənin?Bircə bu çatmırdı da Kamil.Sən bu gün evə gedib çıxa bilməyəcəksən..

Qoluna girib onu maşına oturtdu.Radionu qoşdu.Ayılmağını gözlədi.Artıq gece olmuşdu qız ayılmaq bilmirdi.Kamil ona toxunub silkələyəndə onun mızmızından başa düşdü qızın durmaq fikri yoxdur...
-Ay qız??Ay bala??Oyan görək?
-Nədiee, imkan verin bir az gözümüzü yumaq da-qız mızıldanırdı..
Kamil artıq qızın bu hərəkətlərinə dözə bilmirdi.Radionun səsini tam qaldıranda qız dik atıldı:
-Aaa gicsən sən?Adamı belə oyandırarlar?Bir dəfə çağır duracam da nolub..
-Evin hardadı sənin?Aparım evinə qoyum səni sonra da gedib zəhərlənim yatım!!
-Evim??Bilmirəm ki...
-Necə yani bilmirəm?-Kamil hövsələdən çıxırdı-Adam dolamısan sən?
-Vallah bilmirəm...
-Aydaaaa!!Nə zibilə düşmüşəm mən ay Allah.!Sabah xarici şirkətdən gələcəklər və mən normal yuxumu almalıyam.Eh kimə nə nə deyireme.-Nəysə gecə oldu artıq.Gedirik bizə..Qalarsan bizdə..Sabah da bir şey fikirləşərik..
-Nə sizə?-qız əsəbləşdi-sən məni başqa qızlarla səhv salmısan deyəsən tərbiyəsiz!
-Onda hara aparım səni??Evinin ünvanin bilmirsən, hara gedəcəyini bilmirsən..nə bilirsən sən?
Qız susdu.Deməyə söz tapmırdı.İçindəki hisslər bu adama güvənməyi pıçıldıyırdı.Amma o Kamili tanımırdı axi.Gecenin bu vaxtı Kamilin evində necə qala bilərdi?Necə güvənə bilərdi ona.Amma gecə vaxtı küçədə qalmaqdansa ona güvənməyi seçdi.Gece vaxtı küçələr necə təhlükəli olur bilirdi.
9 mərtəbəli binanın qarşısına çatdılar.Kamil ona evə girənə qədər səs küy salmamağı tapşırdı.Çünki dilə ağıza söz salan qonşuları da var idi.İstəmirdi qızı onun yanında görsünlər.Sonra səhv başa düşəcəkdilər.Çünki insanlar öz həyatlarından o qədər bezmişdilər ki, başqalarının nə etdikləri, nə yaşadıqları onlara çox maraqlı idi və Kamil qonşularını bu baxımdan daha yaxşı tanıyırdı.

Binada bir iki mənzildən başqa heç birinin işığı yanmırdı.4-cü mərtəbəyə demək olar ki, ölüm səssizliyində, o qapı bu qapını pusa-pusa çıxdılar.Kamil qapını açdı,içəri keçdilər.Otağın işığını qoşanda qız qəribə hiss elədi özünü.Yad bir adamın evində idi.Qonaq otağına göz gəzdirdi.Kamil qıza oturmağı belə təklif etməmiş,mətbəxə keçib nəsə hazırlayırdı.Heç adını da bilmədiyi bilmədiyi bu adamın evində nə işi olduğunu düşünürdü.Rəfdəki kitablar toz basmışdı.Kənardan baxanda hiss olunmasa da əlinə bir kitab götürəndə üstündə toz təbəqəsinin görüb, kitabı yerinə qoydu.Allah bilir bu kitablar axrıncı dəfə nə vaxt oxunmuşdu.Qonaq otağında bir divan, divanın qarşısında kiçik masa var idi.Bir az kənarda divara bitisik yazı masası, üstündə fayllar və bir şəkil çərçivəsi diqqətini cəlb elədi.

-Bunlar kimdi?A..?

-Onu yerinə qoy.Heç nəyə əlini vurma-Kamil onun sözünü yarımçıq kəsdi:

-Mətbəxdə bir az kolbasa doğramışam.Çörək də var.Get ye.

Qız pərt olmuş halda çərçivəni yerinə qoydu.Mətbəxə tərəf getdi.Stolun üstündə qabın içindəki kolbasa o qədər də iştah açıcı deyildi.Amma çox ac idi, dözə bilmədi,yeməyə girişdi.-Çox kobud adamdı.Bircə sabah tez açılsaydı çıxıb gederdim burdan.Bu pinti yerdə bir iki gün qalsam xəstələnərəm-deyə düşünürdü ürəyində.Üstünü hiss basmış çaynik də nəzərindən qaçmadı.-Bu adam bu evdə necə yaşıyır.Evdə ki iyə bax hələ.Eh nəyimə lazım.

-Bu arada,-Kamil onu düşüncələrindən ayırdı.-Yataq otağında sənə yer salmışam.Taxtda yatarsan.Mən zalda yatacam divanda.Sevinmə onsuz da bir günlüksən burda.

-Mən sənin yerində yata bilmərəm.Başqasının yerində yata bilmirəm mən.Zaldakı divanda yataram-ağızı dolu idi, sözlər ala yarımçıq çıxırdı.

-Yaxşı...

Yeməkdən sonra qabı yuyub yerinə qoydu.Stolun üstünü yığışdırdı.Soyuducunu açıb baxdı,soyuducu yeməyə düz əməlli heçnə yox idi-bu adam nə yeyir, nə içir-deyə mızıllanırdı dodağının altında.Zala gəldi.Kamil artıq yuxuda idi.Onun üçün divana bir balış və bir ədyal qoymuşdu.Amma divan düşündüyü qədər də rahat deyildi.O yana bu yana çevrilib yatmağa çalışırdı, yuxusu gəlmədikcə fısıldayırdı.Nə qədər gözünü yumsa da divardakı saata baxırdı ki vaxt gedir, amma yuxusu gəlmirdi, heç cürə yata bilmirdi.Gözünü bəmbərk yumub bir daha cəhd elədi, bu səfər bir az gec açacaqdı.2 saat keçsə də elə bil yuxusu ərşə çəkilmişdi.Kamilin bağırtı səsinə diksindi.Ədyalı üstündən atıb onun yataq otağına tərəf qaçdı.Otağın işığını qoşdu.Kamil dik oturmuşdu yerin içində.Üstü başı bütün tər idi.Gözü bir nöqtəyə zillənmişdi.Dərindən nəfəs alıb-verirdi.

-Sən yaxşısan?

Kamildən cavab gəlmirdi.Mətbəxə qaçıb bir stəkan su gətirdi.

-Al su iç.Yəqin pis yuxu görmüsən.

Kamil əli əsə-əsə stəkanı alıb suyu içdi.Bir az sakitləşmişdi.Heçnə danışmırdı.

-İndi yaxşısan?

-Hə.

-Kabus görürdün?

-Danışmaq istəmirəm heç nə.

-Yaxşı..

Stəkanı aparıb mətbəxə qoyub qayıtdı.Kamil yerinə uzanmışdı.

-Şey.Belə pis başa düşməsən yanında bir qıraqda yata bilərəm?-Kamilin onu yalnış anlamasından qorxurdu.

-Yat..

Kamil yerin ortasından kənara sivişdi.Üzünü çevirib uzandı.O da qonaq otagindan edyalını, balışını götürüb gəldi.Heç vaxt yad bir kişinin yanında yatmamışdı.Bu ona qəribə gəlirdi.Amma kamilin yeri divandan daha yumşaq və rahat idi.

-Atam və anam idi.

-Başa düşmədim?-o Kamilin dediklərindən heçnə anlamadı.

-Baxdığın çərçivədə.Atam anamdı.

-Bu axşamlıq üzrlü say.Səni də narahat elədim.Sabah gedəcəm.

-Açarı qonşuya verərsən.Mən bir az tez çıxacam.

Kamilin dediklərinə heç bir reaksiya vermədi.Bu yer qonaq otağındakı divandan daha rahat idi.Tez də yuxu apardı onu.

Səhər 10-a qalmış Kamil artıq işdə idi.Ofisdə masa arxasında noutbukdakı müqavilələrə baxsa da fikri evdə qalmışdı.O evdən çıxanda qız hələ yatırdı.İçində nələrsə oyanmışdı ona qarşı.Amma tez də bunu dəf elədi ağlından.Çünki indiyə kimi heç kəsi sevməmişdi.Bağlanmaqdan qorxmuşdu.İntim həyat tərzi ona daha uyğun və maraqlı gəlirdi.Sevgi kimi, 1 nəfərə bağlanmaq kimi hisslər ona görə deyildi və bunları qəti sürətdə həyatından tuturdu.Amma bu qızda başqa bir şeytanlıq var idi.Özünə çox çəkirdi.Saata baxdı.Saat 3 olmusdu.Düşünürdü;görəsən getmişdi?Niye qalsın ki?

-Kamil yemək yemisən?-iş yoldaşı maraqlıdı qapıdan.

-Yox.

-Uşaqlardan dönər sifariş eliyirik istəyirsən?

-Hə.Bir dənə dönər.

-Ayran?

-Olsun.

İş yoldaşı getdi.Ofis masasısının üstündə qovluqlar aşıb daşırdı.İş vaxtı bitənə qədər bu işləri görüb qutarmalı idi.8-ə qalmış işlərini qutardı.O dərəcə başı qarışmışdı ki iş yoldaşının gətirdiyi dönəri stolun üstündə unutmuşdu.İşlərini qutarıb tabelə qol çəkib çıxdı.Dəhşət yağış yağırdı.Maşını asfalt yaş olanda çox asta sürürdü.Bir az getmişdi ki təkərə nəsə batdı.Təkərin kamerinin partatdığını hiss eləyirdi.Yolun qırağına çəkib başına yağış döyə-döyə atasından qalma bir vərdişlə yararsız təkərlə ehtiyat təkərini dəyişdirdi.Bütün üstü başı su olmuşdu.Deyinə-deyinə təkəri ,,baqaj,,a qoyub sükan arxasına keçdi, mühərriki işə saldı.Əlini-üzünü dəsmalla silsə də kürəyi yaş idi.Evə tez çatıb əynini dəyişmək üçün bu səfər sürəti artırdı.Xəstələnməkdən çox qorxurdu.

Binanın qabağında maşınların arasında saxladı.Düşüb yuxarı qaçdı.Qonşunun qapısını döydü.Yaşlı bir qadın açdı qapını.

-Sizə açar verməyiblər?

-Nə açar?

Qadının bu sualını eşidən kimi dəli oldu-Açarı verməmiş gedib bu?bəlkə oğru da girib evə.

-Heç bağışlıyın..

Qadın qapını bağladı.Kamil öz qapısına tərəf çevrildi.Əsəbi idi.Ya qapını bağlayıb getmişdi,ya da qapını açıq qoymuşdu.Qapının cəftəsini buranda gördü qapı açıqdı.Deməli yadından çıxıb dedikləri.Axı dünən öz evlərini, adını belə xatırlamırdı bu qız.Ona niye etibar edib çıxdı axı evdən.Evdə oğru ola bilərdi.Yavaş-yavaş, səs salmadan otağa keçdi.Otağın işıqları yanırdı.Amma otağa baxanda təəcüblənirdi.Otağın dizaynı dəyişmişdi.İş masası,divan, kreslolar.Kitablar daha səliqəli düzülmüşdü.Otaqdan xoş qoxu gəlirdi.Yer silinmişdi.Otağ heç bu qədər səliqəli olmamışdı.Bunu oğru eləmişdi?Gəlib evdən istədiyini götürüb, savabına da otağı təmizləyib getmişdi?Bu düşüncə çox absurd görünürdü.Mətbəxdə kimsə var idi.Boylanıb mətbəxə baxdı.Qız hansısa mahnını zümzümə eliyirdi.Əynində Kamili ag köynəyi və cins şalvarı var idi.Yemək bişirirdi.

-Getməmisən sən?

-Bir günlük məni evində qonaq elədin.Borclu qalmaq istəmədim.Sabah gedəcəm.

-Ehtiyac yox idi.

-Bir azdan yemek hazır olar.Sən əynini dəyiş.

Kamil mətbəxin də dəyişdiyini hiss eliyirdi.Tər-təmiz idi.Mətbəx elə bir parıldayırdı.Heç bir yerdə his izi yox idi.Qaz pilitəsinin üstünə dağılmış yağ ləkəsi də təmizlənmişdi.Əynini dəyişib quru paltar geyindi.Kürəyində ağrı hiss eliyirdi.Üşüyürdü.Gəlib stol arxasına keçdi.Stolun üstünə baxdı.

-Evdə bunlar yox idi axi.Hansı pulnan aldın.

-Üstümdə bir az var idi

Yeməkdən çəkib Kamilə ötürdü.Havadan sudan danışdılar.Kamil işlərindən həyatından danışdı.Ata anasını yol qəzasında itirməsini,gecə yuxularında görməsini.Özü haqqında danışdı.Çoxdandı Kamil bu süfrə arxasında biri ilə oturmurdu.Bu ona xoş gəlirdi.Evində yad bir insanın isti nəfəsini duymaq ona rahatlıq verirdi.Valideynləri rəhmətə gedəndən sonra ilk rahatlıq tapdığı gün bu gün idi.Özü haqqında danışsa da fikri həmsöhbətində idi.Çox məsum idi.O danışdıqca gözünü ona zilləmişdi.Bir yandan da onun getməsini istəmirdi.İçində bir səs ona bu insan səni dəyişə bilər deyirdi.Yemeyini yeyə-yeyə sosial şəbəkədəki bir paylaşım diqqətini cəlb elədi.Həmin paylaşımda qarşısındakı qızın beynində şiş olduğu və bu səbəbdən yaddaş problemi yaşadığı üçün itgin düşündüyü və bu postu paylaşıb qızın tapılmasına kömək umurdu ailəsi.Ailəsini düşündü.Çox narahat olmalı idilər yəqin ki.İstədi qeyd olunan nömrəyə zəng vursun.Amma içindəki bir səs ,,eləmə.ona ehtiyacın var.getməsin,, deyə fikrindən daşındırmağa çalışırdı.Həmin içindəki səsə qarşı qoya bilmədi.Zəng eləmək fikrindən əl çəkdi.Müalicə olunmasını istəyirdi.Onun gözünə o qədər məsum və təmiz görünürdü ki şəhvani hisslər yaxın dura bilmirdi o evin içinə.Üstəlik Kamilin qızdırması olanda onun qayğısına qalması Kamilə ləzət eliyirdi.Bambaşka bir duyğu idi bu.Yerinə heç bir şeyi qoyulmayan, heç bir duyğu ilə əvəz olunmayan bir duygu, bir yaxınlıq.Kamilin içindəki şəhvət elə bil yoxa çıxmışdı.Özünü çox təmiz hiss edirdi, bu qızın yanında.Adını görmüşdü paylaşılan postda.,,Lalə,,

Amma bu adla heç vaxt çağırmırdı onu.İtirməyə çox qorxurdu.O gecənin bitməsini istəmədi.Görünür Lalənin də getmək fikri yox idi..Bu adama isnişmişdi.O gecə Kamil ona xəyallarından,getmək istədiyi ölkələrdən danışırdı.O da maraqla qulaq asırdı.Mənzilə də əl gəzdirmək lazım idi.Kamil bunu çoxdan eləmək istəyirdi,sadecə Lalə vasitəçi oldu., ya da səbəbkar.

İşdən verilən 10 günluk iş məzuniyyətində evdəki bütün təmir işlərinə vaxt ayıra bilərdi.Lalə ilə siyahi tutmuşdu.Kamilin özü də atası kimi evi usta kimi olmasa da lazımı qaydada təmir edə bilərdi.Maşını elə iş yoldaşı bir neçə dəfə ,,almaq istədiyini,, eşitdirmişdi.Elə dediyi qiymətə də satdı.Qiymət düşmədi.Lalə ilə nigah düşünürdü.Evlənmək təklif edəcəkdi evi təmir edəndən sonra.Həm də müalicəsi üçün bir həkim tanışına da müraciət eləmişdi.Qiymət danışılmışdı.Sadəcə bəzi xırda işləri həll eləməli idi.Müalicə barəsində də Laləyə danışmışdı.

Evə təmir üçün nə lazımdısa hamsın almışdı.Boyaları, alçıpan üçün ləvazimatları, divar kağızlarını, bir sözlə evi tam istədikləri kimi dizayn edəcəkdilər.

Kənardan onları görənlər ər-arvad olduqlarını düşünərdilər bəlkə də.Evi o qədər həvəslə təmirinə girişmişdilər ki baxan deyərdi heç doğma ər-arvad bu qədər mehriban ola bilməz.2 nəfərə evi demək olar ki tamam dəyişmişdilər.

İşlərini qurtardıqdan sonra divanda oturmuşdular.

-Əla oldu hə.

-Həye.Tam istədiyim kimi.Çox qəşəng oldu.

Divar kağızlarına, divardan asılan tablolara baxıb zöv alırdılar.

-Hər şey ela olacaq.-deyib Kamil əliylə Lalənin üzünü sığalladı.

-Bəlkə mahnı oxuyaq.

-Karoke?

-Hə.Amma youtubu qoşaq ilk qarşımıza hansı mahnı çıxsa onu oxuyaq.

-Səsim yoxdu axi mənim.

-Mənim var ki.-hər ikisi gülüşdü.

Kamil youtubu açdı.İlk siyahıda Xatirənin-Etiraf mahnısı var idi.Birinci dinlədilər.Sonra hər ikisi oxumağa başladı.

,,Sənə bir söz deyim etiraf eylə,

Mənasız boşuna zaman ötürdük,

İllərlə bir yerdə olsaq da belə.

Düşün nə qazandıq, nəyi itirdik.

Nəqarətinə çatanda içləri sızladı bu sözləri oxuyanda.

,,Nəfəsim gəlməyir, çatmayır havam,

Heyif gəncliyimə,eyvah halıma.

Sənin öz dünyan var, mənim öz dünyam,

Sən öz yoluna get,

Mən öz yoluma...

Mahnı bitəndə ikisi də kövrəlmişdi.Kamil Laləni qucaqladı.İsti nəfəsini, isti göz yaşlarını boğazında hiss eliyirdi.Bu mahnı hər ikisinə ağır oldu.Kamil də peşman oldu.Kaş ki bir xoş mahnı tapardı oxuyardılar.Amma artıq gec idi.İçlərindəki duyğusallıq ən zirvəyə çatdı.Sarılıb yatdılar.

Səhər Kamil evə bazarlıq eləmək üçün Bravo markete düşmüşdü.Sosial şəbəkədəki bir elan yenə diqqətini çəkdi.Onun qan qrupuna uyğun qan tələb olunurdu.Bəlkə də o uşağın yaşama səbəbi olar ümidi ilə həmin xəstəxanaya tələsdi.

Lalə yemək hazırlamışdı.Amma telefon da yox idi ki Kamilə zəng vursun.Çox narahat idi.Evin içində vurnuxurdu.Qapı açılanda Kamilin qucağına atıldı.Kamil də əlindəki bazarlıqları yerə qoydu.Sarıldı ona.Az qaldı qızın sümüklərini qırsın.

-Sabahkı əməliyyata hazırsan?

-Yanımda olacaqsan?

-Əlbəttə.Həmişə yanında olacam.Hələ yarım qalan xəyallarımız var onları gerçəkləşdirmək lazımdı.-bu sözləri deyəndə Kamil dolmuşdu.

Axşam tez yatdılar ki sabah gümrah olsunlar.Amma Kamilin gözünə yuxu getməmişdi.Lalə üçün çox narahat idi.Xəstaxanaya çatdılar.Əməliyyata getməzdən əvvəl Lalə sarıldı Kamilə.

-Sənə görə yaxşı olacam.Məni tək qoyma

-Sən sağsalamat çıx.Qalan hər şey düzələr.

Laləni tibb bacıları əməliyyat üçün hazırladı.

Kamil həkimin yanında idi.Deyilən məbləği də həkimin hesabına köçürmüşdü.

-Əməliyyat uğurlu keçəcək?

-100\80 hə.

-Məni xatırlamayacaq hə?

-Xatırlaya da bilər, xatırlamaya da bilər.Pasientdən pasientə dəyişir.Amma 70% deyə bilərəm ki ailəsindən başqa hər kəs silinəcək yaddaşından.

-Bu ailəsinin nömrəsidi.Zəng vurarsız gələrlər.Sağolun.

Təyyarənin pəncərəsindən son dəfə Bakıya baxırdı Kamil.Evdən çıxanda o doğma divarlara, Lalə ilə yaşadığı,şəhvətin qarışmadığı o duyğuları yadından çıxara bilmirdi.Xarici şirkətin iş təklifini qəbul eləmişdi.Lalə ilə yaşamağı xəyal qurduğu evi satılıq ev elanlarına qoymuşdu.İndi isə hər şeyi geridə qoyub Praqaya gedirdi.Əlindəki analiz vərəqinə baxdı.

-HiV+

Sonra yenidən dönüb Bakıya baxdı.Qatar artıq uçuşa hazırlaşırdı.

Lalə əməliyyatdan uğurlu çıxdı.Ailəsi yanında idi.Lalənin müalicə xərclərini çəkən o gizli ,,xeyirxah,, adam üçün ailəsi dua edirdi.Qızın üzü gülürdü.Sürətlə sağalırdı.həkim dediyi kimi ailəsinin hamsını xatırlayırdı.Amma o içində kiminsə həsrətini çəkirdi.Halbuki xəstəxanada hamı yanında olsa da içində həmişə bir boşluq var idi.Heç vaxt bu boşluğun nə olduğunu bilməyəcəkdi.

Xəstəxana otağında tək qalında pəncərəyə yaxınlaşıb ağlının bir ucunda qalan nəqarət çıxdı dodaqlarının arasından.

,,Nəfəsim gəlməyir çatmayır havam,

Heyif gəncliyimə,eyvah halıma.

Sənin öz dünyan var,

mənim öz dünyam.

Sən öz yoluna get...mən öz yoluma...,,
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri