İt və uzunqulaq (hekayə)

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3 940
Səs ver:
(səs: 0)
Heyvanların dilini öyrənmiş bir adam günlərin bir günü kəndin içi ilə yeriyirdi ki, birdən diqqətini qəribə bir mənzərə cəlb edir. Bir eşşək itə anqırır, it də var gücü ilə ona hürürdü. Heyvanlara yaxınlaşan adam söhbətin mənasını anlayır.

- Bütün günü yalnız saman və otlaqlar barədə danışırsan, mənə isə dovşan və sümükləri barədə söhbətlər maraqlıdır. Lap bezmişəm, - deyir it.

Adam özünü saxlaya bilmir və söhbətə qarışır:

- Hər halda, ortada ümumi bir məqam var – onun üçün saman elə sənin üçün ət kimidir.

Hər iki heyvan cəld ona tərəf dönür. İt qəzəblə mırıldanır, eşşək isə ona elə bir təpik ilişdirir ki, adam huşsuz formada yerə sərilir.

Bundan sonra heyvanlar heç nə olmamış kimi yenə də mübahisələrinə davam edirlər.

Qeyd: Ruminin hekayələrindən birini xatırladan nağıl Məcnun Qələndərin məşhur məcmuəsindən götürülmüşdür. Məcnun Qələndər XIII əsrdə qırx il bazarlarda gəzərək bu hekayələri insanlara xatırlatmışdır. Bəziləri onun tamamən dəli hesab edirdilər, digərləri isə adi insanların əlaqə görmədiyi şeylər arasında əlaqə görən “dəyişmiş birisi” adlandırırdılar.

"Dərvişlərin Hekayətləri" İdris Şah
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri