Qadın: Ay Allah, o gedir, gedir, məni tərk edir! (Ağlayır) Beyin: Daha pozitiv (ol), daha pozitiv... Qadın: Nə pozitivi? Əşyalarını toplayır, əclaf... Beyin: Ağlama, gülümsə… Müəmmalı şəkildə gülümsə… Dəyirman kimi əllərini yellətmə! Qadın: Əclaf, çamadanını yığır… Alicənab kişi, gedərkən corablarını və alt paltarını götürür, bu əclaf isə maykalarını da yığır… (Ağlayır) Beyin: Gülümsə! Qadın: Bəlkə onun boynuna atılım? Qadın: Bəlkə ayaqlarına yıxılım? Beyin: Səfeh! Qadın: Bəlkə onu ondan? Beyin: Nə «Ondan»? Qadın: De… Tava ilə başından astaca? Beyin: ? Qadın: Sonra ona, yazığa, bulyon yedizdirim… Beləcə iki ay uzatmaq olar… Bəlkə, öyrəşər, getməz... Beyin: Hər halda cinayət… Bəlkə qüvvəni düzgün hesablamasan? Qadın: O zaman yaxşıca əlimi qaldıraram və beləcə çəkərəm! Beyin: Mən o mənada demirəm… Güclü qadınsan… üstəlik öldürərsən, bu isə maddədir! Qadın: Yaxşı, əgər belə ağıllısansa de görüm, mən nə edim? Beyin: Gülümsə!!! Daha pozitiv, daha pozitiv... Qadın: Di, bunun nəyində pozitivlik tapmaq olar axı? Mən tənha qalacaaaaam! (Ağlayır) Beyin: Gülümsə! Birincisi, tənha yox, azad (müstəqil) qadın...
Qadın: Cəhənnəm olsun, belə azadlıq lazımdır mənə? Beyin: Gülümsə! Azadlıq — mükəmməldir: Yalnız özünlə məşğul olacaqsan! Qadın: Niyə? (Burnunu çəkir) Beyin: Ona görə! Braziliya dilini öyrənəcəksən — sən tərcümə olunmadan seriallara baxmağı hər zaman arzulamısan. Zərb alətləri dərnəyinə yazılarsan — sənin qüvvəndədir! Qadın: Buna zamanım nəsə olmayıb... Beyin: Amerika tilovu almaq, gəbərmiş avtomobilin daimi təmiri olmadan maliyyə işləriylə özün məşğul olacaqsan! Qadın: Şuba və bosonojka alaram… di, həminki… bantla olan… (Gözlərinin yaşını silir) Beyin: Hüquq şöbəsindəki oğlanla şam yeməyinə gedərsən — O sənə elə baxırdı ki. Qadın: (Gülümsənir) Hə, «MakDonalds»a gedərik, o, yeri gəlmişkən, bunu mənə təklif etmişdi. Şubanı geyinərəm, bantlı bosonojkaları… (Müəmmalı gülümsənir) Beyin: Di heç kəs üçün (yemək) bişirməmək, (paltar) yumamaq... Qadın: Yalnız manikür-pedikür-maskalar-massajlar! (Sevincindən gülümsənir) Moskvanın dairəvi yollarını ekskursiya etməyə gedərəm… (Arzu edərək) Beyin: Bax belə, sən isə pozitivliyi görmürdün... Qadın: Ay, dirilərəm! (Qalibiyyətlə gülümsənir) Ayyyyyyyyy!!!! Beyin: Nə? Qadın: O dizləri üstündə durub çamadanla, dizlərimi öpür! Beyin: Kimin? Qadın: Di, çamadanı ki, yox! Deyir, heç vaxt mənim kimi birisini tapa bilməyəcək… Üzr istəyir… Qalmaq istəyir... Beyin: Ay! Qadın: Bəs müstəqil qadın necə olacaq? (Ağlayır) Bəs zərb alətləri dərnəyi? Şuba, həmin bosanojkalar? (Hönkür-hönkür ağlayır) Bəs hüquq şöbəsindən olan Vasya? Beyin: Daha pozitiv, daha pozitiv...