Mənalı hekayələr - Cənnətdə söhbət #5

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2 443
Səs ver:
(səs: 0)
Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki, Cənnətdədir və iki mələyin söhbətini eşidır.
Mələklərdən biri o birindən soruşur:
- Bu il müqqədəs şəhərə neçə ziyarətçi gəlmişdi?
İkinci mələk cavab verir:
- Builki ziyarətçilərin sayı altı yüz min nəfər idi.
Birinci mələk:
- Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu?
İkinci mələk:
- Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də onun ziyarəti qəbul olundu. Onun qazandığı savab altı yüz min ziyarəçinin arasında bölüşdürüldü.
Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır.
Əli Müfiq göz yaşı içində deyir:
- Çox çətinliklə, çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır idim ki, qonşularımın ac olduğunu gördüm. Topladığım qəpiklərimi qonşularım arasında bölüşdürdüm, Məkkəyə ziyarətə getməkdən vaz keçdim.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri