Mənalı hekayələr - Allahı razı salmağın yolu #9

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 608
Səs ver:
(səs: 1)
Bir dəfə bir nəfər abbatın yanına gəlib Allahı razı salmaq üçün ən yaxşı məsləhət istəyir.
- Qəbirstanlığa get və ordakı ölüləri təhqir et,- abbat məsləhət verir.
Həmin adam abbat dediyi kimi də edir, o biri gün təzədən onun yanına qayıdır.
- Ölülər sənə cavab verdilərmi?- abbat ondan soruşur.

Həmin şəxs deyir:
- Yox, heç nə demədilər.
- Elə isə bu dəfə get ölüləri təriflə,- abbat deyir.
Həmin şəxs deyilənə əməl edir. Elə həmin gün yenidən abbatın yanına qayıdır. Bu dəfə də abbat ondan soruşur ki, ölülər ona cavab verib, ya yox.
- Yox, ölülər heç nə demədilər.
- Allahı razı salmaq üçün sən də ölülər kimi hərəkət et. Adamların təhqirinə, tərifinə əhəmiyyət vermə. Yalnız bu yolla həyatda öz yolunu kəşf edə bilərsən, -abbat deyir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 608
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri