Mənalı hekayələr - Gəmi #23

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 5 123
Səs ver:
(səs: 2)
Gəmi qəfildən batmağa başalayar. Xilas etmə gəmisinə yaxınlaşan batmaqda olan bir cütlük sadəcə bir adamlıq yerin qaldığını görər. Həmin an ər öz qadınını tərk edib birbaşa gəmiyə addanar. Ölümün pəncəsində qalan qadın son dəfə həyat yoldaşına baxar və ona deyər:

Bu an müəllim dayanar və şagirdlərinə: “Sizcə qadın, öz yoldaşına bu çətin anda nə deyə bilərdi?” sualını verər.

Şagirdlərin əksəriyyəti: “Sənə nifrət edirəm. Axmaq vəfasız!” deyə bilər” cavabını verdilər.

Müəllim, kənarda sakit oturan bir şagirdi görər və həmin sualı ona da verər. Şagird, “Müəllim, məncə “Övladıma yaxşı bax demişdir” deyib cavab verər.

Müəllim təəccüb içində şagirdən soruşar: “Deyəsən əvvələr bu hekayəni hardansa eşitmisən?”

Şagird başını aşağı əyib: “Xeyr müəllim, sadəcə anam atama vəfat etməzdən əvvəl eyni sözləri demişdi” deyər.

Müəllim peşmancasına: “Cavabın düzdür” deyər.

Gəmi batdıqdan sonra ata evə qayıdıb qız övladını tək böyüdər. İllər sonra qız vəfat etmiş atasının gündəlik qeydlər dəftərini tapar. Sən demə, cütlük gəmi səyahətinə çıxanda qadına ölümcül xəstəlik diaqnozu qoyulubmuş. O çıxılmaz vəziyyətdə ər qızını böyütmək üçün özünü məcbur xilas etmə gəmisinə atıbmış.

Atası gündəliyində: “Dənizin dibinə bərabər batmağı o qədər çox istəyirdim ki… Amma övladımız üçün, tək başına dənizdə batmağına tamaşa etmək məcburiyyətində qaldım.” yazmışdı.

Hekayə bitər və sinifi səssizlik bürüyər.

Müəllim, şagirdlərin hekayədən lazım dərs çıxardıqlarını başa düşər. Yaxşı ilə pisi ayırmağın, aralarındakı incə cizginin nə qədər baş qarışdırıcı olduğunu anladıqlarını hiss edər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri