Hmmm-larla başladıq,Nəysəylə bitdi

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 006
Səs ver:
(səs: 0)
ƏGƏR GEDİRSƏN SƏ BU İZLƏRİ SƏN,
ARXANDA BURAXMA ÖZÜNLƏ APAR.
BİRGÜN PEŞMAN OLUB DÖNMƏK İSTƏSƏN.?
MƏNDƏN BİR NİŞANƏ ÇƏTİN Kİ,QALAR.!

​ ​ ​ ​ ​ O, xoş sözə, ilıq kəlməyə, belə desəm, sevgiyə möhtac olduğun bir vaxtda çıxmışdım qarşına.Rəsimdəki kövrək baxışlarından da hiss edirdim bunu. Həyat gözünü qorxutduğundan çox çəkingən və bir az da inamsız idi. Tanışlığımızın ilk vaxtlarında onun halına acıyır, hər addımına dəstək verməyə çalışırdım.Özü dilinə gətirmək istəməsə də, deyəsən hardasa səhv etmiş, ilk sevgisindən, özü demişkən, bəxtindən yarımamışdı.
​ ​ ​ Mən təbiətən həssas qəlbli biri olduğumdan, onun həyata, insanlara inamını özünə qaytarmağa çalışırdım. Bir dəfə,- onda​ hələ bu qızın ən nisgilli vaxtları idi-ani olaraq onun incə səslə danışdığı sözə təskinlik verərək dedim:“Yüz fikir bir borcu ödəməz, yadınızda saxlayın ki, bu amansız talelərin mövcud olduğu həyatda siz nə birinci, nə də sonuncusunuz!”​ Əvvəlcə heç nə demədi, elə zənn etdim ki, dediklərimin mənasını anlamayıb. Üstünü vurmadım.Ancaq xeyli sükut edəndən sonra, titrək səsindən açıq-aşkar duyaraq hiss olunurdu ki​ bir necə damla gözlərindən yanağına yaş süzülür,kaş yaxın olub o yanaqdakı yaşı silə bilərdim ,deyə ona dahada yaxın olmaq ən böyük arzum idi. Və dedi “Düz deyirsiniz, bunu bilsəm də, özümlə bacara bilmirəm..”​ ​
​ Günlər keçdikcə o, mənimçün hələ də sirr olaraq qalan, ancaq onun istəyi olmadan öyrənməyə cəhd etmədiyim zülmət keçmişindən qopmağı bacardı. Onun həyat eşqinin közərtilərini hiss etdikcə mən özüm də ruhən dinclik tapa bildim. Deyirlər sonun nə olacağını düşünüb, “plana” uyğun hərəkət edən adamdan heç vaxt qəhrəman olmur! Mən bu mənəvi köməyi ona insanlıq naminə etmişdim, özü də heç bir təmənna-filan güdmədən.
​ İkimiz də ayrı ayrı​ yerlərdə yaşayırdıq, və uzaq olmağına baxmayaraq bir birimizlə hər zaman mesajlaşıb ,bir an belə ayrı qalmırdıq, Belə vaxtlarda əlaqə saxlayıb, elə məqamlar olurdu ki zəng edib beş-üç dəqiqə söhbət edib sağollaşırdıq. Yaman dillərə düşməmək üçün söhbətimiz çox çəkməsə də, hansı bir daxili duyğu isə gündən-günə bizi bir-birimizə yaxınlaşdırırdı. Son vaxtlar daha çox zəngləşib telefonla danışır, vaxtı birgə keçirdirdik.
​ ​ Tanışlığımızın ilk vaxtlarında məzlum bir varlıq kimi hesab edib, qayğısına qalmağı özümə savab bildiyim bu qız get-gedə məni özünə elə cəzb etmişdi ki, onsuz yaşamağı təsəvvür edə bilmirdim. Hiss edirdim ki, özü də mənə biganə deyil, danışarkən rəsmini göndər səni görüm,belə​ anlarda elə bi baxışlarından​ üstümə qığılcım yağırdı.
​ ​ Boynuma alıram ki, mən çox hissiyyatlı və kövrək qəlbli olduğumdan, ona dəlicəsinə vurulmuşdum. Xəyallarımda bu qızla bir damın altında yaşayır, dərdimi-sevincimi bölüşür, bir yerdə səyahətə çıxırdım. İstəyirdim ki, o mənim istəyimə qarşılıq versin, könlümün sevgi ucalığında dayanmaqla, ömrümün sonuna kimi gözlərimdən uzaqda dayanmasın. Bəlkə də səhv edirəm, o mənim istəyimə biganə qalmasa da, intizarıma son qoymağa tələsmirdi. Bir dəfə özümü cəmləyib, onu sevdiyimi və bu məsələdə ciddi addım atmağa hazır olduğumu söylədim. Oda mənə qarşılıq cavab verincə ,özümü dünyanın ən xoşbəxt insanı sandım.​ Və bu xoşbəxtlik bir neçə il beləcə sürdü, hər dəfə özümü onunla çox xoşbəxt sanırdım,və son zamanlar qısqanclıqdan aramızda dəfələrlə söz söhbət olurdu,hiss edirdim onun soyuqluğunu,və əvvəlki insandan heç bir əsər əlamət qalmadığını​ nəsə çox dəyişdiyini hiss edirdim,yorulmuşam,bezmişəm deyə çox vaxt məni yola verirdi.
​ ​ Bu soyuq kəlmələri onun dilindən eşidəndə çox üzüldüm,və bəzən bu soyuqluq məni çox düşündürdü, Əvvəlki insanı dəyişən nədir deyə ..? Ne bilə biləydim ki o,tapa bilmədiyini məndə axtardığı üçün yanımda imiş ,tapdığında isə əhdini unudub üz döndərəcəyini əsla belə düşünməzdim.Və onun bir yaxın adamına dediyi sözü eşidən də varımdan yox oldum az qala. Günlərlə özümə yer tapa bilməsəm də, sonda anladım ki, onun dedikləri günümüzün reallıqlarını əks etdirir. Bununla belə, ömrünün ən ağır çağlarında kölgəmə pənah gətirib, varlığıma sığınan bu qızı tanımağıma heç vaxt peşimançılıq hissi keçirmədim.Onunla yollarımız ayrılandan sonra bircə dəfə ürəyimdən keçənləri özümün eşidəcəyim tərzdə pıçıldadım: “HMMMM- LARLA BAŞLADIQ,NƏYSƏYLƏ BİTDİ." Və ondan mənə qalan saf baxışlı rəsimlər,və daima yaşadacağım titrək səslər qaldı....SON.!
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ MÜƏLLİF:​ SEYMUR​ SÖNMƏZ
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri