Sənsiz yaşamaq çətindir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 927
Səs ver:
(səs: 0)

Sənsiz yaşamaq çətindir

 

Ayrildiq,bir agri qopdu sinəmdən

Ayrildiq,kövrəlib inlədi ürək

Ünvan da ayrıldı,sevinc də,qəm də,

Yollarda ayrıldı biz ayrılan tek

 

Sanki çinar idim,yağdı qar yene,

Xəzan yuva qurdu budaqlarımda

Çəkdi məngənəyə fikirlər məni

Biz ki ayrılmışıq bu yollar yene

Niyə yapışaraq ayaqlarımdan

Elə sən tərəfə çəkirlər məni

 

Görüşlər,gülüşlər qaldı arxada

Soldu sinəmizdə,nə qədər çiçək

Övlad arzuladıq,ancaq arada

Ayrılıq dayandı övladımız tək

 

Durub hara qaçım özüm özümdən

Anlaya bilmirəm nə həyatdı bu

Hələ inanmıram ayrılmışam mən

Hələ deyirəm ki zarafatdı bu

 

Qıymazdım çöhrənə qona qəm,gülüm

Elə bilərdim ki,dağsan dünyada

Bir ildir mənimçün ölmüsən gülüm

Bir ildir mənimçün yoxsan dünyada

 

Mənim günümə bax taleyimə bax

Ayrıldıq,yenə də üreyimdəki

Bir sənsən,bir sənin eşqindir

Ancaq neyləyim ki,sənlə yaşamaq

Sənsiz yaşamaqdan daha çətindir

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri