MEN SENI SEVMEK ISTEYIREM

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 29 115
Səs ver:
(səs: 5)
MEN SENI SEVMEK ISTEYIREM
 
Mən səni sevmək istəyirəm

Səhərin açılmağını deyil, səhəri səninlə açmaq istəyirəm..GÜnəşin işığını deyil..
Səni günəşin yerinə qoyub..Sənin işığını seyr etmək istəyirəm..
Səninlə bir səhəri..Səhərlə səni seyr etmək istəyirəm..
Mən səni istəyirəm..Mən səni sevmək istəyirəm.

 

Damla damla yağan hər damcının sən olmağını istəyirəm..
İstəyirəm ki, yağan hər damlanı bədənimdə hiss etdiyim kimi, səni də hiss edim..
Sən ol damlam..Sən ol yağan hər yağışım..Səni yağış kimi hiss etmək istəyirəm..
Mən səni istəyirəm..Mən səni hiss etmək istəyirəm...

 

Gözlərim ol istəyirəm...İstəyirəm ki, həyata sənə baxdığım kimi baxım..
Sənə baxdığımda necə görürəmsə , həyata da baxanda səni gördüyüm kimi
görmək istəyirəm..Səni gördüyüm kimi..Şən..Xəşbəxt..Təbəssümlə..
Mən səni istəyirəm..Səni görmək istəyirəm..

 

Hər axşam çıxan ulduzum ol istəyirəm..Hər axaşam dilək tutub səni istədiyim ulduzum
ol istəyirəm..İstəyirəm ki. o ulduz olub özünü mənə verəsən..
Hər axşam ulduzum və ürəyimin dərinliklərindəki sevincim ol istəyirəm..
Mən səni istəyirəm..Mən səni sevmək istəyirəm..

 

Başlanğıcım ol istəyirəm..Sanki, başlayıbda qurtarmayan başlanğıcım..
Sanki, həyatımız heç bitməyəcək.Sanki, ölümün belə ayırmayacağı
başlanğıcım ol istəyirəm..Başlanğıcım..Xəyallarım...Həyatım..
Mən səni istəyirəm..Mən səni sevmək istəyirəm..

 

Səni sevmək istəyirəm..Səni sevibdə sənlə nəfəs almaq istəyirəm..
Nəfəsim ol istəyirəm...Mən səni istəyirəm..Mən səni sevmək istəyirəm..

Səni istəyirəm..Sənlə olmaq istəyirəm..
Bir başlanğıc amma ki. sonu olmayan başlanğıc istəyirəm..
Mən səni istəyirəm..Mən səni sevmək istəyirəm..

 

Mən səni istəyirəm,səni sevmək istəyirəm.Gözlərinə baxmaq istəyirəm,

oxumaq istəyirəm gözlərindən mənə olan sevgini.
Sözlərə ehtiyac yoxdur,bunu ifadə edən sözlərim ol istəyirəm.
Toxunmaq istəyirəm sənə qışın soyuğunda,isinmək istəyirəm.İm-isti yorğanım ol istəyirəm,sevginlə isinmək istəyirəm.Mən səni istəyirəm,səni sevmək istəyirəm...

 

Sözlərin tükəndiyi bir anda,tükənməyən tək bir sözü demək istəyirəm sənə-"Mən Səni Sevirəm" demək istəyirəm.Sevdiyim,mən son nəfəsimi sənin yanında vermək istəyirəm.
Mən səni hər kəsə anlatmaq istəyirəm,qışqırmaq istəyirəm sənə olan sevgimi.
Mən səni sevmək istəyirəm!

 

Aldığım nəfəsim ol istəyirəm.Bir kəpənək ömrü qədər olsa belə ömrüm,
o azca vaxtı sənin yanında olmaq istəyirəm.Bir ömrü səninlə paylaşmaq istəyirəm.
Mən yalnız səni sevmək istəyirəm.

Ayım ol,günəşim ol istəyirəm.Gecələrimi aydınlat,səhərlərimi işığlandırmağını istəyirəm...
Buludlara yazmaq istəyirəm -mən səni istəyirəm.
Mən səni sevmək istəyirəm.

 

Yazarım ol istəyirəm,nağıl yazmağını istəyirəm.Sonu ayrılıq olsa belə bu nağılın,qəhrəmanı olmaq
istəyirəm bu nağılın.Oxunsun hər kəsə bu nağıl,dastan olsun istəyirəm.
Mən səni istəyirəm,səni sevmək istəyirəm..

 

Dənizim ol istəyirəm..Dəniz kənarında səninlə əl-ələ tutub gəzmək,səhər günəşin çıxışını deyil,səni seyr etmək istəyirəm yalnız.

Mən bir çiçək olsam,sən məni yaşadan suyum ol istəyirəm.
Mən bir gecə olsam,sən məni tamamlayan ayım ol istəyirəm.Mən bir kitab olsam,
məni oxuyan oxucum ol istəyirəm.Mənim yanımda ol istəyirəm,mən səni istəyirəm.
Səni sevmək istəyirəm.

 

Dərmanım ol istəyirəm,küslü olduqda,qəlbimin dərmanı ol istəyirəm.
Sevgilim ol istəyirəm,məni sevən sevgilim ol istəyirəm.

Mən səni istəyirəm..Mən səni sevmək istəyirəm..

(səs: 5)
Şərhlər: 1
Baxılıb: 29 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri