Sevgi Şerləri (4)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 184
Səs ver:
(səs: 0)

Artıq
Adın xəyanəti xatırladır mənə
Və dadın bir ilanın ən öldürücü zehəri
Söylə
İndi hansı ürəyə batırırsan
O mərhəmətsiz xəncərini? ..
Bil ki
Bundan belə
Qadağan edilmiş kitablarım kimisən mənə
Yaxınlaşmam qadağan
Toxunmam qadağan
Və ömürüm tərəfindən
Sarılmam qadağan sənə!..
Sevgi Şerləri (4)
Artıq gedə bilərsən gedəcəyin yerə
Sənə qal deyə bilməm
son ümid səndən olsun
Səndən olsun son peşmanlıq
Bil ki xeyr deyə bilməm..

Artıq nə etsəm boş, təsəllilər faydasız
Qaranlıq get-gedə ən dərinlərə çəkər məni
Çarəsiz, bütün küçələrində bu şəhərin
Belə pərişan gözləyərəm dönməyini

Eşq idimi o, eşqimsi bir şey idimi
Nə idi çəkib özünə, məni bağlayan
Qanadan dodağımı, bədənimi dağlayan
Əlləri də içimdə o nəhəng idimi

Eşq nədir bilmədin ki
Sevildin sevmədin ki
Xoşbəxtlik vermədin ki
Xoşbəxtliyə haqqın yox!

Eşqimdən hədiyyə hər sətir sənə
Keçmişi yenidən yaşatsın sənə
Necə sevdiyimi izah etsin sənə
Sənə bir giley var hər bir sözümdə..

Eşqimizə mükafat deyə
Ürəyimdə daş buraxdın
Gedirkən imza deyə
Gözlərimdə yaş buraxdın..
 
Tərcümə etdi: PRETTY_GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri