Nüsrət Kəsəmənli-Öldürmə məni

Müəllif: sirin_kiz
Şərhlər: 2
Baxılıb: 6 185
Səs ver:
(səs: 6)
  1.  Canı sən vermədin, sən də alasan,
    Ümid ver yaşayım, öldürmə məni.
    Qıyma sevəninə qatil olasan,
    Ümid ver yaşayım, öldürmə məni.

    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

    Ölümüm min yerə yozulacadır,
    Dünyadan bir sevən azalacaqdır,
    Qəbrim ürəyində qazılacaqdır,
    Ümid ver yaşayım, öldürmə məni.

    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

    Məni öz əlinlə məzara vermə,
    Görmək istəmirsən, heç məni görmə,
    Sən Allah, bu qədər günaha girmə,
    Ümid ver yaşayım, öldürmə məni.

    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

    Vallah, əllərimdə qalacaq yaxan,
    Bilmirəm bu mənzil uzaqmı, yaxın?
    Yaşamaq mənim də haqqımdır axı?!
    Ümid ver yaşayım, öldürmə məni…
  
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 6 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri