Eşq budur!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 295
Səs ver:
(səs: 8)
Yaşlı bir adam səhər evdən çıxanda velosipedlə toqquşur. Küçədən keçənlər dərhal onu yaxınlıqdakı xestəxanaya çatdırırlar. Tibb bacısı qocanın yarasını sarıdıqdan sonra rentgen çəkdirmək üçün gözləməyi xahiş edir. Ancaq qocanın tələsdiyini görən tibb bacısı bunun səbəbini soruşur. Qoca "Həyat yoldaşım qocalar evində qalır, hər gün səhər yeməyimi onunla yeyirəm" -deyə cavab verir. Tibb bacısı "Yəqin ki, narahat olacağından qorxursunuz?" -deye soruşur. Qoca kədərli bir ifadə ilə "Yox, həyat yoldaşım xəstədir və mənim kim olduğumu bilmir" -deyir. Tibb bacısı heyrətlə "Madam ki, sizin kim olduğunuzu bilmir, elə isə niyə hər gün onunla yeməyə tələsirsiniz?" -deyə soruşur. Qoca zəif səslə cavab verir: "Mən ki, onun kim olduğunu bilirəm"...

(səs: 8)
Şərhlər: 7
Baxılıb: 7 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri