20 manata Uşağın arzusu...!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 428
Səs ver:
(səs: 3)
Adam evə qayıtdığında 5 yaşındakı qızını qapının qarşısında gözləyərkən görər. Çox yorğun və pərişandır. Uşaq həyəcanla atasından soruşar:
- Xoş gədin atacan. Bir sual soruşa bilərəm?
- Əlbəttə, soruş, amma asan olsun..
- Sən bir saatda nə qədər pul qazanırsan?
Yorğun gələn adam əsəbiləşib sərtcə cavab verər:
- Neçəsə neçə? Sənə nə! Bu sənin işin deyil!!
Qız təkrar soruşar:
- Atacan lütfən, sadəcə bilmək istəyirəm. Bir saatda neçə manat qazanırsan?
- Yaxşı.. Madam ki, bilmək istəyirsən deyim. 20 manat.. Məmnun oldun indi?
Qız birdən-birə çox kədərlənər.. Bu cavabla balaca, bəlkə də böyük xəyalları yıxılar..Dərhal özünü ələ alıb atasından soruşar:
- Ata, mənə 10 manat borc verə bilərsən?
Adam yaxşıca əsəbiləşib qışqırar:
- Mənim, sənin axmaq oyuncaqlarına və ya başqa şeylərinə verəcək pulum yoxdu! Dərhal otağına get!..
Uşaq məhzun məhzun otağına girib qapısını bağlayar. Adam əsəbi əsəbi, 'Bu uşaq necə belə şeylərə cəsarət edər?' deyə düşünər.
Aradan 1-2 saat keçdikdən sonra bir az daha sakitləşər və məntiqli düşünməyə başlayar. Uşağa pulun bəlkə də həqiqətən lazım olduğunu düşünər. Bu günə qədər qızının ondan heç pul istəmədiyini xatırlayar.
Qızının otağına gedər. Qapını açıb soruşar:
- Yatmısan??
- Yox, deyə cavab verər hələ yatmamış uşaq .
- Al görək istədiyin 10 manatı! Sənə az əvvəl sərt davrandığım üçün üzgünəm, amma yorucu bir gün keçirmişdim.
Uşaq sevinclə atasını qucaqlayar və; 'Təşəkkürlər atacan!', deyə sevinər. Yastığının altından digər buruşuq pulları çıxararaq, atasının üzünə baxar və yavaşca pulları sayar. Bunu görən adam yaxşıca əsəbiləşərək yenə sərtcə soruşar:
- Pulun olduğu halda niyə məndən pul istəyirsən?
- Atacan, kifayət qədər yox idi. Artıq istədiyimi ala biləcəm.
Bu sırada əlindəki pulları atasına uzadaraq son sözünü söyləyər:
- Buyur 20 manatı , Atacan. Bir saatını mənə ayırarsanmi..??
Nə olar atalar, analar uşaqlarınız fikir verin. Onlar sevgiyə istəyə möhtacdılar. Onlara bunu çox görməyin.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri