Sonrakı peşmançılıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 12 158
Səs ver:
(səs: 6)
Bir qız var idi. Çox mehriban, gülər üz, səmimi qız idi. Həyatından çox da razı olmasada şükür içərisində yaşayırdı. Vaxtını ev işləri və dərsləri ilə keçirdirdi. Boş vaxtlarında komputer qarşında əyləşirdi. Və bir gün komputer qarşısında əyləşərkən bir oğlan dostluq göndərdi. Qız qəbul etmədi. Oğlan məktub ilə qıza yazdı "Xanım qız salam mən sizinlə söhbət eləmək istəyirəm xahiş edirəm dostluğumu qəbul edin" dedi. Qız düşündü ki, qəbul edim onsuzda siləcəm mən burda az oluram deyə düşündü və qəbul etdi dostluğun. "Salam" ilə başladı söhbətləri. Tanış oldular. Xasiyyətləri tam üst-üstə düşdü. Hər bir fikirdə fikirləri bir- biriləri ilə razı olurdular. Bir xeyli danışdılar sonra qız sağollaşdı artıq getməliyəm məni bağışla dedi. Oğlan sabah səni gözləyəcəm xahiş edirəm gəl dedi. Qız da yaxşı dedi. Qız həyatında birinci dəfə idiki oğlanla belə söhbət edirdi. Beləcə onlar hər gün söhbət edirdilər. 1 aydan sonra artıq bir-birlərinə "canım" deyərək müraciət edirdilər. Onlar bir-birlərini heç görməsələrdə çox sevirdilər. Qəlbləri uyğun gəlirdi. Sanki iki qəlbi ayırmışlar bir-birlərindən ayrı düşmüşdülər. Qız hər an oğlanı haqqında düşünür və gərçəyidə düşündükcə gözləri dolurdu hönkür-hönkür ağlayırdı. Çox sevirdi qəlbi yanlız o oğlana aid idi. Hər gün səbrsizliklə oğlanla söhbət etməyi gözləyirdi. Oğlanında qəlbi boş deyildi qıza qarşı. O da çox sevirdi qızı. Yenə söhbət eləyirdilər oğlan "mən səni çox sevirəm" dedi. Qızda "məndə səni çox sevirəm" dedi. Oğlan "mən artıq səni görmək, əlini tutmaq, gözlərinə baxmaq istəyirəm" dedi. Qız çox etiraz etdi bir bahənə ilə hələ tezdi dedi. Oğlan "onda sən məni sevmirsən" dedi, qız isə "səni canımdan çox sevirəm" dedi. Onda gorüşək dedi oğlan. Qızda razılaşdı. Razılaşdılar görüş yerini saatını təyin etdilər. Sabah saat 4-də sahildə gorüşəcəklər. Sağollaşıb sabahı düşündülər. Qız çox düşünürdü o bilir ki, mənim sevgim yalan deyil yəqin. Qız bütün gecəni yata bilməmişdi ağlamışdı. Bütün gecə Allaha dua edirdi "Allahım mənə sevgi nədir sən göstərdin məni ondan ayırma, o məni başa düşsün, öz sevgisin sübut etsin" dedi. Səhər açıldı ikisidə çox həyacanla saatın 4 olmasın gözləyirdilər. Saat 4 yaxınlaşmağa başlayırdı hazırlaşdılar oğlan bir dənə qızıl gül alıb sahildə qızı gözləyirdi. Qız artıq yolda idi. Oğlan üzü dənizə tərəf durub qızı gözləyirdi. Arxadan "Salam" dedi bir qız. Oğlan çönüb baxdı gördükləri qarşısında donub qaldı salam belə deyə bilmədi. Gördükləri isə qızın ayağının şikəst olması hasa ilə gəzməsi idi. Qız bildi ki, oğlan çox pis oldu ağlamağa başladı. Oğlan qıza yaxın gedib "Sənsən?" deyə soruşdu qız başın yelləyərək "hə mənəm" dedi. Əyləşib söhbət elədilər. Oğlan artıq həqiqəti bilirdi. Niyə axı mənə həqiqəti deməmisən, niyə gizləmisən deyə soruşdu. Qız axı necə deyərdim mən həqiqəti desəydim sən mənə yazmayacaqdın. Oğlan heçnə demədi sanki dili tutulmuş lal olmuşdu çox düşündü getmək qərarına gəldi gülü qıza verib "sağol" dedi və getdi. Qız çox ağladı arxasınca çox baxdı, çox pis olmuşdu bu günə kimi çəkdiyi əzablər gözünün önünə gəldi. Bir tək həyatımda sevincim sevgim sən idin səndə getdin deyə düşündü. Sevgilim mənim sevgimi qəlbimi yox ayağımı xaricimi seçdi hamı kimi oda getdi deyə düşündü. Dənizə tərəf göz yaşları içində getdi özünə qəsd etdi suda boğularaq öldü. Oğlan gedə-gedə düşünürdü hələ məni belə sevən mənimdə çox sevdiyim bir qız olmayıb. Nə olsun ki, ayağı elədi onun ki, böyük ürəyi var o ki, məni sevir deyə düşündü. Etdiyi işdən çox peşman olub geri qayıtdı. "Allahım nə olar orda olaydı getməyərdi" dedi. Getdi sahilə qız orda idi, amma cəsədi. O, suda boğularaq ölmüşdü. İnsanlar qızın cəsədin sudan çıxartmışdılar. Gül hələ də əlində idi. Çox pis oldu oğlan qıza yaxın getdi cəsədin qucaqlayıb ağlamağa başladı. Artıq nə fayda o, öz seçimini səhv etmişdi. Bir insanın daxilin yox xaricin...
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 12 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri