Romeo və Culyetta. Uilyam Şekspirin qəhrəmanları Romeo və Culyetta
dünyanın ən məşhur aşiqləridir. Düşmən ailənin övladları olan gənclər
ilk görüşdə bir-birilərini sevib hər şeyi gözə alaraq evləniblər.
Vaxtsız ölümləri iki düşmən ailəni bir araya gətirən yeganə hadisə olub.
Kleopatra
və Mark Antoni. Bu gənclərin sevgisi bir zamanların ən təsirli sevgisi
olub. İki tarixi şəxsiyyətin sevgisi sonradan Şekspir tərəfindən dram
şəklində qələmə alınaraq bir çox yerdə səhnələşdirilmişdi. İlk görüşdə
bir-birinə aşiq olan bu iki gəncin sevgisi ölkələri Misiri güclü hala
gətirir. Bu gücdən qorxan Roma Misirə qarşı döyüşə başlayıb. Döyüş
zamanı xanımı Kleopatranın ölməsi ilə bağlı yalan xəbəri eşidən Mark
qılıncı ilə özünü öldürüb. Markın ölümünü eşidən Kleopatra isə özünə
qəsd edib.
Lancelot və Quinevere. Kral Arturun xanımı Quinevere
sevgilisi Lancelotun sevgisinə qarşılıq vermişdi. Kral Artur yaşanan bu
sevgidən xəbərdar olur. Lancelot Quinevereni qoyaraq qaçır. Bir neçə gün
sonra sevgilisinin yandırılacağını eşidib onu xilas etmək üçün geri
dönür. Bu hadisə Arturun krallığını sarsıdır.
Tristan və İzolda.
Kral Arturun dövründə yaşanan digər sevgi isə Tristan və İzolda
sevgisidir. İrlandiya kralının qızı İzolda Kral Markla nişanında,
nişanlısı ilə birgə gələn qohumu Tristana aşiq olur. Kral Mark İzolda
ilə evləndikdən sonra xanımı və qardaşı oğlu arasında yaşanan gizli
sevgidən xəbər tutur, cəza olaraq Tristanı başqa yerə göndərir. Orada
evlənən Tristan İzoldanı unuda bilməyib xəstə yatağına düşür. İzoldaya
məktub yazaraq onu yanına çağırır. Tristanın xanımı İzoldanın
gəlməyəcəyi ilə bağlı ona yalan deyir. Nəticədə Tristan kədərdən vəfat
edir. İzolda da bu kədərə dözməyib ölür.
Paris və Helena. Bütün
ədəbiyyatda Sparta kralı Melanusun həyat yoldaşı Troyalı Helena ən gözəl
qadın kimi qəbul edilir. Troya kralı Priamın oğlu Paris Helenaya aşiq
olub onu Troyaya qaçırır. Nəticədə Spartalılar Troyaya hücum edərək
oranı yerlə bir edirlər. Helena geri gətirilərək həyat yoldaşı ilə
xoşbəxt həyat yaşamağa davam edər.
Napoleon və Jozefina. 26 yaşlı
Napoleon evləndikdən sonra Jozefinaya qarşı eşq duyub. Varlı bir
ailədən çıxan Jozefina özündən yaşca balaca Napoleonun hisslərinə
qarşılıq verib. Ancaq hər iki tərəf də zina etmək istəmədiyi üçün
sevgilərini ürəklərində gizlətməli olublar. Napoleon sonunda böyük
sevgisindən bir varisi olmayacağını başa düşüb, üzülərək yollarını
ayırıblar.
Paolo və Françeska. Bu sevgi Dantenin "İlahi komediya"
əsəri ilə məşhur oldu. Françeska pis qəlbli biri ilə evlidir, ancaq
sevdiyi adam həyat yoldaşının qardaşı Paolodur. Onların sevgisi bərabər
oxuduqları kitab ilə getdikcə böyüyür. Nəticədə hər iki aşiq Glanciotto
tərəfindən öldürülür.
Skarlet O'Hara və Ret Butler. "Külək kimi
keçdi" sevgi ədəbiyyatının ölümsüz əsərlərindən biridir. Marqaret
Mitçelin əsərində Skarlet və Ret arasındakı sevgi və nifrət əsas
mövzudu. Hamı ilə sevgi yaşayan Skarlet sonda Reti seçir, ancaq artıq iş
işdən keçmiş olur. Etdiyi hərəkətlər bir zamanlar onu dəli kimi sevən
Retini ondan çoxdan uzaqlaşdırmışdı.
Ceyn Ayr və Eduard Roçestr.
Ceyn hər zaman pis rəftar görən yetimdir. Varlı və dələduz Roçestrə
dayəlik edir. Aralarındakı imkansız sevgi günü-gündən böyüyür. Tam
evlənəcəkləri gün Roçesterin artıq evli olduğunu bilən Ceyn şəhəri tərk
edir. Güclü yanğın zamanı Eduard həyat yoldaşınl və gözlərini itirər.
Bundan xəbər tutan Ceyn geri gələrək, kor olmuş sevgilisi ilə bir
ömürboyu xoşbəxt həyat yaşamağa davam edər.
Piramis və Thisbe. Bu
sevgi o qədər ağılsız bir sevgi idi ki, hətta ölümə belə birgə
gedəcəklərini bilirdilər. Qonşu olan bu iki gənc böyüdükcə bir-birini
daha çox sevir. Ailələri razı olmadığı üçün uzaqda bir ağacın altında
görüşməyə qərar verirlər. Görüşə tez gedən Piramis ağzı qanlı vəhşi bir
pələnglə qarşılaşır. Qaçarkən dəsmalını yerə salır. Görüş yerinə gələn
Thisbe, sevgilisinin dəsmalını pələngin ağzında görüb öldüyünü düşünür
və qılıncla özünü öldürür. Qayaların arxasında gizlənən Piramis
sevgilisinin öldüyünü görüb, onun sinəsindəki qılıncı çıxararaq öz
sınəsinə batırır.
Elizabet Bennet və Darsi. Ceyn Austenin
möhtəşəm əsəri "Qürur və mühakimə"nin iki unudulmaz qəhrəmanı. Darsi
aristokrat bir ailədən çıxıb. Elizabet isə orta şəraitdə yaşayan ailənin
beş qızından biridir. Fərqli nüfuzlardan olduqları üçün sevgiləri qəbul
edilməz olub.
Səlim və Anarkalı. Bu sevgi indi də dillərdə
dastandır. İmperator Əkbərin oğlu Səlim kasıb ailənin qızı olan
Anarkalıya aşiq olur. İmperatorun bu sevgiyə qarşı çıxması ilə oğulla
ata arasında müharibə başlayır. Ölümə məhkum edilən Səlimi xilas etməyə
çalışan Anarkalı diri-diri basdırılır.
Şah Cahan və Mümtaz Banu
Begüm. Hindistanda turistlərin daha çox ziyarət etdiyi gözəl yerlərdən
olan Tac Mahal bu gözəl sevginin xatirəsidir. Tac Mahal ərinə 14 uşaq
bəxş edən Mümtaza hədiyyədir.
Kraliça Viktoriya və şahzadə
Albert. Ərinin ölümündən sonra 40 il boyunca yas saxlayan bir qadının
sevgi hekayəsidir. Evliliklərinin 21-ci ildönümündə ərini itirin
Elizabet 3 il insan arasına çıxmayıb.