Qurudulmuş qol

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 018
Səs ver:
(səs: 1)
Rayonların birində yaşayan gənc ailə. Bu ailədə Ata, Ana, 2uşaq yaşayırmış. Ailə çox yoxsul imiş. Aile çox mehriban və xoşbəxt yaşayırmış. Bir gün yoldaşı onu həkimə apararaq probleminin nə olduğunu öyrənmək istədi. Həkim qadında pis xəstəliyin olduğunu təyin edərək qadının həyat yoldaşını yanına çağırdı.
Dedi: Yoldaşınızda pis xəstəlik var ömrünə az qalıb.
Kişi: Həkim nə deyirsiniz edək amma onu sağaldın.
Həkim: Oxəstəliyin çarəsi yoxdu həmdə artıq gecdi gedin və gözləyin.
Kişi bikef halda həkimin yanından çıxaraq həyat yoldaşını qucaqlayır və ona heç bir şey bildirmir. Onlar evə gəlirlər.Bir neçə ay keçir və həkimin qoyduğu müddət yaxınlaşır. Qadın isə günü-gündən şam kimi əriyir və nəsə pis olacağnı hiss edir. O yoldasşını yanına çağıraraq deyir: Özümü yaman pis hiss edirəm .Az qalıb bilirəm mənə boş-boş vədlər vermə sadəcə səndən bir istəyim var.
Kişi qadının istəyinin nə olduğunu soruşaraq gözündən yaş süzülür. Mənə söz ver əyər mənə bir şey olsa mənim qolumu kəs və qurud.
Kişi təəcüblə niyəsini soruşur. Arvadı cavabında: Mənim uşaqlarımı vuranda heç bir zaman öz əllərinlə yox mənim əlimlə vurarsan deyə dünyasını dəyişir.
Həyətdə mağar qurulur yası yola verən kişi yoldaşını tez unudaraq evlənir. Evləndiyi qadın kişinin yanında uşaqlarla yaxşı dolanır amma kişi evdən çıxan kimi başlyır uşaqları döyməyə. Kişi bir gün həyat yoldaşını yanına çağıraraq keçmiş həyat yoldaşının qurudulmuş qolunu göstərib deyir: Bu uşaqlarımın anasının əlləridir, o rəhmətə gedəndə mənə vəsihət etdi ki, qolunu kəsərək qurudum məndə onun bu istəyini yerinə yetirdim. Düzdü qəribə bir şeydir, məndə anlamadım nədən dedi ki, uşaqlarım səni hirsləndirsə öz əlinlə yox mənim əlimlə vur. Mənsə bunu sənə verirəm və səni uşaqlar hirsləndirsə öz əlinlə yox bu əllə vur. Qadın uşaqları vurduqca (öz əliylə) uşaqlar pis olur, arıqlayır, xəstələnib mitilə düşür. Arvad qolu görür fikirləşir ki bəlkə bununla vuram görüm niye anası bu qolunu qurudub. O hər hirsləndikcə anasının əlləri ilə uşaqları vurur uşaqlar günü-günündən yaxşılaşır və nəhayət ki xəstə yataqlarından qalxaraq tam sağlam şəkildə həyatı sevərək yaşayırlar. Qadın uşaqları vurduqca görür ki, uşaqlar elə bil heç vurmur. Dərhal kəndin mollasının yanına gedir və olanları bir-bir danışır. Molla ona bu cür cavab verir:
Sən onlara yadsan və yad olduğunuda sübut edirdin döyərək. Amma həmən o qol ki, var onlara can verən doğma analarının qoludur. Ana nə qədər vursada ürəkdən vurmaz, bax elə ona görədə uşaqları bu qolla vuranda onlar incimirdilər. Ana heç bir şeylə əvəz edilə bilməz.
Qadın kor peşman evə dönür. Tutduğu əməldən peşman olaraq sevgi və qayğısını bütün ömür boyu verməyə hazır olduğunu sübut edir. Həmən gündən uşaqlara tək bir acı söz belə demir mehriban ailə kimi yaşayırlar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 018
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri