Şərabxor

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 3 208
Səs ver:
(səs: 0)
ŞƏRABXOR Günlərin biri Harun-ər Rəşid şərab içdiyi zaman Bəhlul onun yanına gəlir.Xəlifə özunu təmizə çıxarmaq üçün Bəhluldan soruşur:-Üzüm yemək haramdır?
Bəhlul deyir:-Xeyir,haram deyil. harun soruşur:-Bəs üzüm yedikdən sonra üstündən su içib günün altında oturmaq haramdır?
Bəhlul cavab verir:-Xeyir haram deyil.
Xəlifə soruşur:-Elə isə nəüçün üzümü su ilə qarışdırıb günün altında saxladıqdan sonra onu içmək haram olur?
Bəhlul cavab verir:-Birinin başına gil töksələr gil ona zərər yetirər?
Harun cavab verir:-Xeyir nə zərər verəcək?!
Bəhlul yenə soruşur:-Sonra həmin şəxsin başına su töksələr bu ona zərər verər? Harunun cavabı yenə eyni olur.
Bəhlul bir daha soruşur:-Bəs yaxşı,su ilə gili qarışdıraraq ondan kərpic düzəldib həmin şəxsin başına vursalar nece,bunun ona zərəri olar?
Harun deyir:-Bəli kərpici kimin başına vursalar xəsarət alar.
Bəhlul deyir: Torpaqla sudan hazırlanan kərpic insana necə xəsarət yetirisə,su ilə üzümdən hazırlanan şərab da insana eləcə zərər vurur. Bunun üçün də Allah-Təala onu insana haram buyurmuşdur.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri