Dəniz ulduzu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 810
Səs ver:
(səs: 5)
Bir vaxtlar yazılarını yazmaq üzrə okean sahilinə gedən ziyalı bir adam varmış. İşə başlamazdan əvvəl sahildə bir yürüş etmiş. Bir gün sahildə gəzərkən çimərliyə tərəf baxdıqda rəqs edər kimi hərəkətlər edən bir insan görüntüsü görmüş. Başlayan günə rəqs edən biri ola biləcəyini düşünərək gülümsəmiş və ona çatmaq üçün addımlarını sürətləndirib. Yaxınlaşdıqca bunun bir gənc adam olduğunu və rəqs etmədiyini görüb. Bir neçə addım qaçır, yerdən bir şey alır və yumşaq bir hərəkətlə okeana atırmış.
Bir az da yaxınlaşanda səslənmiş:
"Sabahınız xeyir. Nə edirsən belə"?

Gənc adam dayanıb, başını qaldırmış və cavab vermiş:
"Okeana dəniz ulduzu atıram".

"Güman edirəm belə soruşmalıydım demiş Müdrik adam. Nə üçün okeana dəniz ulduzu atırsan"?

"Günəş çoxdan yüksəlib və sular çəkilir. Əgər onları suya atmasam öləcəklər".

"Amma oğlan görmürsünüzmü ki kilometrlərlə sahil var və başdan-ayağa dəniz ulduzu dolu. Heç bir şey fərq etməz"!

Gənc adam nəzakətlə qulaq asmış, əyilərək yerdən bir dəniz ulduzu daha almış və dalğalanan dənizə tərəf atmış.
"Bunun üçün fərqi yoxdu".

Bu cavab bilgə təəccübləndirmiş nə deyəcəyini belə olmamış. Geriyə dönmüş, yazısının başına keçmək üçün daxmasına getdi. Gün ərzində bir şeylər yazmağa çalışarkən gənc adamın görüntüsü gözünün önündən getməyib. Ağlından çıxarmağa çalışmış, bir növ olmamış. Nəhayət, axşama doğru anlamış ki, bu gəncin hərəkətinin mahiyyətini dərk edə. Çünki bu gəncin əsl etdiyinin; Kainatda bir müşahidəçi olmağı və olub bitəni baxmağı deyil, kainatda bir aktyor olmağı və fərq yaratmağı seçmək olduğunu anlamış və utanmış. O gecə sıxıntı içində yatmış. Səhər olanda bir şey etməsi lazım olduğunu bilərək oyanmış. Yataqdan qalxdı, geyinmiş, sahilə enmiş və o gənci tapıb. Və bütün səhəri onunla okeana dəniz ulduzu ataraq keçirmiş.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 7 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri