Bir Körpənin Hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5714
Səs ver:
(səs: 5)
Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, balaca bir burun və kiçik qırmızı dodaqlarıyla bir körpə, qadının indiyə qədər gördüyü ən cana yaxın qız uşağı idi.
 
Onun ipək yanaqlarını doya doya öpmək və cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:

"Toxunma mənə ..." deyə bir səs eşitdi.

"Məni oxşamağa haqqın yox sənin..."
 
Qadın qorxuyla diksinib ətrafına baxdi. Körpəylə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu:

"Mənə yaxınlaşmağını istəmirəm" deyə davam etdi.

"Dərhal uzaqlaş məndən..."
 
Qadın, bir az olsun özünü yığaraq:

"Uşaqlarımız həmişə kişi olur" dedi. "Onlar da gözəl amma qız uşaqları başqa. Buna görə səni öpmək istədim."

"Məni öpə bilməzsən" deyə ağlamaya başladı körpə. "Mənim də səni öpə bilməyəcəyim kimi..."
 
"Niyə səbəb?" deyə soruşdu qadın. "səbəb öpə bilməzsən ki?"
Körpə, hıçqırıqlara boğularkən:

"Bunun səbəbini bilməyin lazımdır" dedi. "Düşünsən mütləq tapacaqsan..."

Qadın, nələr olub bitdiyini xatırlamaq üzrəykən özünə gəldi. Xüsusi bir xəstəxananın ən lüks otağında yatır və narkozun təsirindən mədəsi bulanırdı. Ailə dostları olan tanınmış həkim, otağı dolduran çiçəklərdən bir dənəsini vazadan çıxardıb qadına uzadarkən:

"Keçmiş olsun xanım" dedi. "Müvəffəqiyyətli bir abort idi doğrusu. Ha..! Doğru, "qız"mış aldırdığınız körpə...
(səs: 5)
Şərhlər: 1
Baxılıb: 5714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri