Cəhənnəmin od-alovu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3930
Səs ver:
(səs: 5)
Bir gün Bəhlul Danəndə yoxa çıxır. Xəlifə Harun onu hər yerdə axtarır, amma tapa bilmir. Bir müddətdən sonra Bəhlul qayıdır. Onu görənlər xəlifənin onu axtardığını deyirlər. O da xəlifənin yanına gəlir.
Xəlifə soruşur:
- Bəhlul harada idin? Səni axtarmaqdan yorulduq. Getdiyin yeri bizə niyə bildirməmişdin?
Bəhlul cavab verir:
- Evimdə odunum, alovum qurtarmışdır, getmişdim cəhənnəmə ki, oradan od-alov gətirəm!
Xəlifə gülərək soruşdu:
- Nə oldu gətirə bildinmi?
Bəhlul: - Yox!!!
Xəlifə zarafatla:
- Niyə? Orada sənə od-alovu qıymadılar?
Bəhlul:
- Yox, məsələ onda deyil. Sadəcə dedilər ki, burada nə odun var, nə də alov!
Xəlifə maraqlı halda soruşdu:
- Necə yəni od-alov yoxdu, bəs cəhənnəmin odu-alovu haradadı?
Bəhlul:
- Dedilər ki, burada nə odun var, nə də alov. Buranın odunu da, alovu da dünyadan gətirəcəklər..... Bəli dünyadan, burannın odunu və alovu dünyadakı günahkar insanlardır. Odunla, alovu onlar cəhənnəmə gətirəcəklər.!!!
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 3930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri