Dərs alınacaq bir hekayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 024
Səs ver:
(səs: 6)
Böyük əxlaq ustadlarından biri atı ilə səfər edirdi. Yolda gedərkən yerdə oturub ağlayan bir nəfərə rast gəldi. Ondan səbəbini soruşdu. Həmin adam dedi: -Özüm əliləm yeriyə bilmirəm, yeməyib qurtarıb acam, yolda qalmışam gedə bilmirəm. Ustadın ona yazığı gəldi, atdan düşərək onu öz atına otuzdurdu. Həmin adam ata oturan kimi atı çaparaq qaçmağa başladı. Ustadın atı ilə bərabər pulları və bütün ehtiyatları da əlindən çıxdı. Uca səslə oğrunu səsləyərək fəryad etdi:
-Ey cavan, hər şeyi sənə halal edirəm, amma bu əhvalatı heç yerdə danışma.
Oğru dedi: -Nə üçün?!
Ustad dedi: -Çünki əgər sən bu əhvalatı camaata danışsan heç bir süvari yolda qalmış adamı götürməyəcək, heç bir sağlam adam xəstə adamın xəstə olduğuna inanmayacaq, heç bir imkanlı adam imkansız adama kömək etməyəcək.
Həmin cavan atı saxlayaraq geri qayıtdı və ustada dedi: -Ey ustad, sən mənə elə bir dərs verdin ki, bütün dünya var-dövlətindən dəyərlidir. Mənim üçün dünyada bu dərsdən qiymətli sərvət ola bilməz. Sən həqiqətən əxlaq ustadısan.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 7 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri