Səni sevmək bilirsənmi nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 13 921
Səs ver:
(səs: 7)
Səni sevmək bilirsənmi nədir? Səni sevmək 2 şeydir:sevinc ve kədər….Sevinc həyatımda olmağın,kədərsə indi burda olmamağın,mənə çox uzaq bir yerdə olmağın.Amma sənə olan həsrətim hər gün daha da çoxalır.Sadəcə 2 kəlimədən sənə olan sevgimi başa düşərsənmi? SƏNI SEVİRƏM…Heç kimi sevmədiyim qədər səni sevirəm.Səni düşündükcə bəzən ağlamaq,bəzən də gülmək istəyirəm.Bəzən də suallarla dolur səni sevən bu qəlbim:bu yolun axırı hara gedir deyə,sonumuz nə olacaq deyə…Heç çıxmır bu suallar beynimdən… Həmişə sənə deyirəm:SƏN MƏNİM HƏRSEYİMSƏN…Ama indi hər şey sənsizdi.Hər yer sənsizdi…İndi mənə qalan sadəcə xatirələrdi ve 5-10 saatlıq yatdığım yuxularımda mənlə olan sevgilimdi.Hər gün ağlayıram.Oyuncağı əlindən alınmış uşaq kimi…Bəlkə də dünyaya gələrkən bu qədər ağlamadım heç.Yoxluğun bəs deyilmiş kimi səsini eşitməmək daha da çox əzab verir mənə.Hər şeyim var ama elə bil nəysə çatışmayan 1 şey var.Həəə tapdım çatışmayan 1 tək sən varsan. Böyük bir SƏNSİZLİK var.Eeey bezdim artıq hər gün eyni həyatdan,hər gün hələ doğmamış olan günəşə "sabahın xeyir’’ deməkdən,hər gün darıxmaqdan.BEZDİM SƏNSİZLİKDƏN…Gəl,hərşeyim.gəl ki, mənim ol.Gəl ki, bir sabah oyandığımda sən ol yanımda.Gəl səninçün çox darıxan biri var çünki…Səni çox sevən biri var çünki…Səni coooox sevən mən varam çünki…

 Həyat yaşanması çətin,
 Yaşanmaması ondan da çətin bir yoldur.
 Bu yolda təklik də gördüm,tənhalıq da.
 Həm sevildim,həm sevdim,
 Həm ağladım,həm güldüm,
 Çox bir-birindən fərqli günlər gördüm…
 Elə anlar oldu ki,təkliyi,
 Elə anlar da oldu ki,tənahlığı sevdim…
 Amma hər anımda daima sevdiyim birisi var:
 O da sənsən,mənim HƏRŞEYİM…

Səni çox sevirəm sevgilim.2 kəlimə ilə səni sevmək nədir bilməzsən bəlkə də.nə hiss etdiklərimi də boş vərəqə yaza bilmərəm ki.! Çünki yazsam da başa duşmərsən.sənə olan sevgimin kəliməsi çoxdu amma yazsam da bitməz qəlbimdəkilər…Sadəcə 2 kəliməni bilirəm:səni sevirəm… Çunki SƏN MƏNİM HƏRŞEYİMSƏN...

(səs: 7)
Şərhlər: 4
Baxılıb: 13 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri