Bir sevgi hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 844
Səs ver:
(səs: 3)
Qorxurdu. Sevməkdən. Yenidən sevib aşiq olmaqdan.Yarı yolda qalmaqdan bəlkə də. Bəlkə də bir gün onsuz qalmaqdan. Dərdləri ilə onu sıxmaqdan qorxurdu bəlkə də. Dəlilər kimi ona aşiq olmaqdan qorxurdu. Ona bəxş olunan bu həyatı tənha yaşamaq qərarına gəlmişdi. Ona səni sevirəm deməklə cox cəsarətli bir addım atmışdı o zaman. Ondakı cəsarətə heyran qalmışdı. Qarşılarında böyük bir əngəl olduğunu bilə-bilə sevgisindən vaz keçməmişdi. Nə qədər tərsləsə də, bunun imkansız olduğunu desə də, onu sevməkdən qorxmamışdı. Onu sevmək bilirsiniz, nə deməkdir? Onu sevmək səhrada çiçək bəsləmək kimidir. O həmin çiçəyi göz yaşları ilə böyüdürdü. Sevirdi. Buna görə çox əzab çəkirdi, amma yenə də sevirdi.

Eşqinə, dərdinə əlac axtarırdı. Bu sevginin imkansız olduğunu hər ikisi bilirdi. Amma qəlbə söz keçirmək olmurdu. Sevgisindən xəzan olmuş qonçə gülə dönmüşdü. İlk göruş. O baxışlar. Susaraq qarşısında dayandı, dəqiqələrcə səssiz-səssiz gözlərinə baxırdı. Sanki gözlər danışırdı. Sanki zaman da durmuşdu. Susurdular. Yalnız gözlər danışırdı. Baxışları danışırdı. Sənsiz mən yetim qalmışam bu neçə illər boyu. Sən mənim gələn nəfəsimsən. Elə bir nəfəs ki, ölüncəyə qədər bəsimdir. Sənsiz sanki boğuluram. Sən məni həyata bağlayan səbəbimsən, məni sənsiz qoyma. Onun da baxışları mən bu illəri sənsiz yaşamamışam deyirdi sanki.

Bir-birilərinə faydaları yox idi bəlkə də, ancaq dəlilər kimi sevirdilər. Bəlkə də tək ehtiyacı səni sevirəm demək idi. Bir gün qəlbini verdi. Kaşkilərlə dolu bir ömür gözləyirdi onları. Daxilləri sızlaya-sızlaya kaşki deyirdilər. Amm sevirdilər. Gülüşünə aşiq olmuşdu. Gülərkən gözlərinə baxmağa aşiq olmuşdu. Bəlkə də simasında yaranan körpə təbəssümünə vurulmuşdu. Bəlkə də dəlisov olduğu üçün sevirdi, dəliliyinə aşiq olmuşdu. Kim bilir? Amma sevirdi. Nə olur olsun, sevirdi. Günəşlə Ay kimi tutulmuşdular bir-birilərinə. Sevgi budur, bəlkə də, imkansız olduğunu bilərəkdən sevmək. Gözlərində boğulmaqdır sevgi. Zamanın və məsafələrin araya girməsinə baxmayaraq çox sevirdilər. Bir gün qovuşmaq ümidi ilə sevirdilər. Bəlkə də sevmək elə qovuşa bilməməkdir. Bəlkə də sevmək əlini uzadıb tuta biləcək qədər yaxın, mümkün və bir o qədər də uzaq və mümkünsüzdür...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 4 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri