Sevdim, aşiq oldum...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 013
Səs ver:
(səs: 6)
"Səni sevirəm"- dedim.
"İnanmıram"- dedi.
"...Eləysə, Sevgini mənə isbat etməlisən"- dedi.
"Necə?" - deyə soruşdum.

Anlatdı:
"Öncə, Mənimlə maraqlanmalısan"- dedi. "Haqqımda suallar soruşmalısan. Məni tanımağa çalışmalısan. Məni nə qədər bilsən, o qədər sevərsən.

Sonra, Mənə vaxt ayırmalısan. Hər gün yalnız ikimizə aid zamanlar olmalıdır. Bu xüsusi zamanlarda səninlə görüşməliyik. Və sən hər zaman vaxtına sadiq qalmalısan. Zaman-zaman əngəllər çıxsa da önünə, hamısını aşıb Mənə gəlməlisən.

Mənimlə görüşə gələndə baxımlı olmalı, gözəl qoxularla ətirlənməli, təmiz geyinməlisən.

Birlikdəykən ağlında yalnız Mən olmalıyam. Düşüncəni yalnız Mənə verməlisən. Bütün dünyanı zehnindən silib ata bilməlisən.

Zamanla səninlə birlikdə keçirdiyimiz vaxtlar sənə yetməməlidir. Daha çox birlikdə zaman keçirmək istəməlisən. Bunun iüçün fürsət yaradıb, daha çox yanıma gəlməlisən.

Bu asan olmaz. Səni sınamaq üçün önünə əngəlləri Mən qoyaram. Bəzən naz edər, sənə arxamı dönmüş kimi edərəm. Amma səni tərk etmərəm, sadəcə səni sınayaram.

Mənə qarşı sevgində ısrarcı olmalısan. Gözünə görünmədiyim zaman belə qapıma gəlib gözləməlisən Məni. Günlərlə, həftələrlə, bəlkə aylarla… Mənə olan eşqində inadkar olmalısan.

Məndən daha dəyərli heç kim olmamalır sənin üçün. Yalnız Mən olmalıyam. Kədərliykən Məni düşünən kimi içini sevinc qaplamalıdır; xoşbəxt ikən Məni xatırlayanda sevincin ikiyə qatlanmalıdır.

Daim Məndən bəhs etməlisən. Hər gördüyünə Məni anlatmalı, danışanda yalnız məndən söz salmalısan.

Mən, yaşamının mərkəzində olmalıyam. Məni həyat şərtlərinə deyil, həyat şərtlərini Mənə uyğunlaşdırmalısan.

Mənə əvvəlki sevdalarından heç bəhs etməməlisən. Mən səni öncəliksiz qəbul etdim. Sən də Məndən əvvəlini yox etməlisən.

Getdikcə Mənə bənzəməlisən. İnsanlar sənə baxanda, səndə Məni görməlidilər.

Aldığın hər nəfəsdə Mən olmalıyam. Addım atarkən, durarkən, danışarkən, susarkən, yeyərkən-daim Mənimlə dolu olmalısan.

Mənim xasiyyətlərimlə dolmalı, sən "Mən" olmalısan. Aramızda heç bir ayrılıq qalmadığı zaman, inanaram ki, sən Mənə həqiqətən aşıqsən, Məni gerçəkdən sevirsən.

"Allah bir adamda iki qəlb yaratmamışdır" ayəsinin mənasını indi anlayırsanmı?" (Əhzab /4)
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 5 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri