Anasının dilini qoparan oğul - ibrətamiz hekayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 839
Səs ver:
(səs: 5)
Vaxtında uşağını tərbiyə etmiyən bir ana,cəzasını dilini itirməklə çəkdi...
Hekayə.
Beş yaşında bir uşaq qonşunun yumurtasını oğurlayıb anasına gətirir. Haram, halal bilməyən cahil, ana yumurtanı uşağın əlindən alır və uşağa "afərin" deyir.
Mənim ağıllı oğlum, afərin deyir və uşağı əzizləyir. Uşaq, artıq hər gün və ya gün aşırı qonşuların yumurtasını evə gətirməyə başlayır.B ir gün elə,iki gün belə deyir və illər keçir. Yumurtadan toyuğa toyuqdan qoyuna qoyundan inəyə deyər və haram işlərlə məşğul olur. Artıq bu oğru heç kimin sözünü dinləməz. Bir gün böyük bir cinayət işləyər.Həbs edib edam edilməsini istəyərlər.
Edam xəbərini eşidən ana, məhkəmə salonunda fəryad edər. Saçını, başını yolar. Hakim ,bircə oğlum var bağışla, mənim həyatda ondan başqa heç kimim yoxdu deyə yalvarar.
Məhkum oğlandan soruşarlar, son bir arzun varmi,  edam ediləsi məhkumların son arzularını soruşulması adət olduğu üçün, bunun da son arzusu soruşulur.
Oğlan,.bircə arzum var, gözəl anamın o mübarək dilindən öpmək istəyirəm, icazə verirsinizsə bu arzumu həyata kecirərdim.
Məhkumun arzusunu yerinə yetirmək üçün anasını yanına gətirirlər
Mənim gözəl oğlum, dilimi son bir dəfə öp deyərək, ana dilini uzadır.
Oğlu anasının dilini iki dişinin arasına alir və elə bərk dişləyir ki, dili yerə düşər.
Orda olan insanlar: Vay.. vay.. vay... Nə olacaq oğru övlad! Bu qədər cinayətlər azmış kimi birdə anasının dilini qopardı. -deyərlər.
Oğlan isə:
Buraya yığışan insanlar! Bilmədən boş yerə danışmayın mənim edam olunmağımın səbəbi elə o dildir.
Hər kəs oğlana qulaq asar.
-Mən uşaqlığımda qonşunun yumurtasını oğurlayıb evə gətirəndə anam alıb, "afərin" dedı. Əyər o vaxtı məni tərbiyə etsəydi, haramın nə olduğunu başa salsaydı,bu gün mən edam edilməzdim..
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri