İstənilməyən doğrular

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 527
Səs ver:
(səs: 4)
Nəsildən-nəsilə keçən yalvarışlar,günü-gündən artır. Qəribə şəhərin,uzaq görünən sankiləri,heçdə səmimi deyillər.Səbəbi sadə,dərdləri tükənməz bir şəhərin içindən üzüb getmək,digər sərhədlərə toxunmaq və geriyə baxarkən gözlərini yummaq...Gedən bir insanı geri qaytarmaq üçün oxunan yoxsul laylaların,bəstəsi bizəmi məxsus?!
- Çoxmu dəyişdi həyat,çoxmu dəyişdik?
Əvvəllər dörd fəsil varıydı.Çiçək açar,günəş oyanar,yarpaqlar tökülər və mələklərın əyaq tozları yenidən qar şəklində şəhəri sakitləşdirərdi.İndi bir fəsildə hər dörd fəslin gözəlliklərini və yoxsulluqların izləmək mümkündür. Hamının eyni bir Tanrıya inandığı ölkədə yaşamaq istəmişəm bəzən. Doğulmadan öncə saçlarımın,qara,gözlərimin  göy olmasını diləmişəm,amma nə vaxt onu bilmirəm... Pəncərənin önündə yağan yağışı seyr edərkən, üşüdüyünü sanıb,ağladığını hiss edərsən sanki. Şəhərə yenidən əl gəzdirmək istəyərsən.Yoxsul insanların üzlərinə gülüş,gözlərinə xoşbəxtlik çəkib,qaçmaq istəyərsən bəzən. Çox vaxt suallarının sayını artırıb,özünün kim olduğunu anlamaq istədiyində,sabah günəş çıxar və sən lazımsız saydığın fikirlərdən uzaqlaşarsan. Bir zəng gələr və səni yenidən geri çağırarlar. Həyatı heç vaxt oyun adlandırmamışam!
- Çünki əminəm ki,bizi doqquz aydan sonra oyuna başlamamız üçün dünyaya gətirmədilər! Bu həyat sənə nə etsədə,onu gözəl bir yer adlandır,ən azından həyatını gözəlləşdirən,ailən və yaxınların var.
- Ümumiyyətlə həyat insana nəsə edə bilərmi?! Hansı gücə malikdir?
Hər suala bir cavab tapmaq üçün deyil,sualların sayını həyatımdan azaltmaq üçün böyümüşəm.
- "Çalışın ki, həqiqətlərə çox yaxın olmayın,çünki onlar həmişə acı olurlar".
Əslində uşaqlıq illərində "Böyüyəndə nə olacaqsan?" sualına verəcəyin cavabdan çox şey aslı idi .... Böyüklərin o sualı "niyə saxta təbəssümlərin çöhrəsində" cavab verdiklərini indi anladım. Bəlkədə məcburiyyətdən irəli gəldi bu suallar. Bəlkə onlarada eyni sualı,eyni üzdə,eyni baxışlarda soruşmuşlar vaxtı ilə....
-"Əslində böyümək heçdə pis bir şey deyil,sadəcə kim olduğunu anlayırsan".

- Süleyman Əliyev
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 527
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri