Haram sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 006
Səs ver:
(səs: 1)
- Heç vaxt sevgi haqqda yazmaq istəmədim, çünki heç bir zaman uğurlu olmadım bu mövzuda.Nə qədər özümə güvənsəmdə yenədə ehtiyyat etdim. Çox asand və dilə yatımlı bir cümlədir "Səni çox sevirəm".Lakin bir müddət keçdikdən sonra, məhsuliyyət artdığı andan etibarən, əslində istədiyimiz hissin bu olmadığını və ümumiyyətlə bu hissin müqəddəs olmadığını başa düşdük.
- Bir çox münasibətin sonu, sevgi ilə simpatiyanı ayıra bilmədiklərinə görə gəlir.Və bir tərəf həqiqətən sevmiş olur,ayrılığın mümkün ola bilməyəcəyini söyləyib,göz yaşı içində etiraz edir.Digər tərəf çarəsiz qalıb susur və danışıqlar kəsilir.Yenədə bir tərəf gözü yaşlı, acı çəkməyə məcbur qalır.Sevgi statusları,gecələr bir insanın yoxluğu, gizlin otaqlarda onu xatırlayıb ağlamaq.
- Sevgi adlandırıb, müqəddəs sandığınız hiss bumu?!
- Rəbbinin sevdasını qoyub,yalnız dünya varına və haram sevdəya düşkün olmaq, həm günah həmdə acıdır.Əgər rəbbini hesaba qatmadan sevibsənsə, əmin ola bilərsən o sevginin qısa müddətli və heç bir hissdən ibarət olmadığına.Biraz düşünsək nəfsimizə hakim olsaq anlayarıq bəlkədə.Sevgi rəbbinin bəxş etdiyi bir zəngilikdir.Hər bir əngəli yenə biləcəyin, ən güclü silahdır sevgi.Ondan istifadə etməyi bacarmaq çətindir, amma mümkünsüz deyildir. Bizlər bir insanıq, ona görədə sevmək çox çətin görsənir.Enşteyn atomu bizə enerji almağımız üçün təqdim etdi.Bəs bizlər neylədik?
- Ondan insanları məhv edə biləcək bir silah düzəltdik.Və müharibələrin sayın artırdıq. Sadəcə vicdanının səsini dinlə,hakim ol özünə. Nəfsinin qulu olma. Vicdan Allahın danışdığı yerdir, yalan danışmaz heç bir vaxt.Birini aşiq olmaq istəyirsənsə düşünmə, çünki aşiq olan insan düşünməz, sadəcə seyr edib dinləyər.
"Sevgi, nəfsində yaşanarsa ehtiras, qəlbində yaşanarsa eşq olar".
- Bir gün bir oğlan yol ilə gedərəkən, qarşısına gözəl bir qız çıxır.Qızdan çox xoşu gəlir,gözləri parlayıb,üzü gülür. Qızı evlərinə kimi izləyib,kimin qızı olduğunu öyrənir.Öyrənir ki, bir məsciddə bir mollanın qızıdır. Mollanın yanına gedib, qızınıza elçi gəlmək istədiyinisöyləyir. Molla isə ona qırx gün ərzində, mənimlə bir yerdə namaz qılıb,oruc tutmalısan və hər gün dua edib bunları təkrarlamalısan deyir.Oğlan qızı sevdiyi üçün buna razı olur.İlk dəfədir belə bir şey etdiyi üçün ağır gələcəyini sanır. Və hər gün dua edib namaz qılır.Qırx gün keçdikdən sonra, qız bunu gözləyər, amma oğlan gəlmir. Qış düşünər ki, qırx gün mənə görə bu qədər əziyyət çəkən biri indi niyə gəlmiyə?!
- Və gedər məscidə, oğlanı orda görüb deyər. Sən qırx gün mənə görə əziyyət çəkib atamın istəklərini yerinə yetirdin,bəs indi niyə gəlib məni istəmirsən?
- Oğlan deyər:Sən haqqı tapmağıma vəsilə oldun, indi isə xahiş edirəm haqqla arama girmə...

- Süleyman Əliyev
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri