Bizimki sevgidən keçib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 057
Səs ver:
(səs: 0)
alt


Ömür oxdu,tale yaydı,
Nəyə dəyib,nədən keçib?
Sevgi balaca şeydi
Bizimki sevgidən keçib...

Məhəbbət el məbədidi,
Qəmə dözüb çatan,keçib,
Bizim ki,qəm əbədidi,
Bizimki sevgidən keçib.

Səhra tapıb,dərdə dözüb
Məcnun da Leylidən keçib
Sinəm oda yandı,düzü,
Bizimki sevgidən keçib.

Dözmək olmur hər ahına,
Hesabdan,üsgüdən keçib.
Çatıb göylər dərgahına
Bizim ki, sevgidən keçib...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri