Ana sevgisi

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 3 295
Səs ver:
(səs: 3)
Sakin, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçdı, yaşlı dünyamıza endi və tarlalarda, meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə dolaşmağa başladı.Günəş batar-batmaz qanadlarını açdı və:
'Ziyarətim bitdi, artıq işıq dünyasına geri qayıtmalıyam. Fəqət, buradan bir xatirəylə dönmək istəyirəm.' -dedi.
Gözəl bir çiçək baxçasına baxdı və:
'Bu çiçəklər qədər gözəlini, bunlar qədər xoş qoxanını görmədim. Onun üçün xatirə olaraq bu çiçəkləri götürəcəm' -dedi.
O sırada irəlidə, gülyanaqlı bir körpə gördü. Körpə gülümsəyərək anasının üzünə baxırdı. Bunu görən mələk öz-özünə :
'Bu körpənin gülümsəməsi, buketdən də gözəldi. Onu da özümlə aparmalıyam.'
Bunları söylərkən, körpənin beşiyini, körpəyə və beşiyə bir sel kimi axan anasının sevgisini gördü mələk. O anda yenə öz-özünə dedi:
'Ananın körpəsinə olan sevgisi bu dünyada gördüyüm ən gözəl şeydi. Bu sevgiyi də bərabərimdə aparmalıyam.'
Bu üç xəzinəylə birlikdə cənnətə doğru qanad açdı mələk. Cənnətin qapısından içəri girmədən öncə:
'İçəri girməmiş, xatirələrimə bir göz atım'- dedi.
Əlindəki buketə baxtdı, bütün güllər solmuşdu. Körpənin üzünə baxanda, körpənin gülümsəməsi də yox olmuşdu. Ananın sevgisinə baxdı, o bütün gözəlliyi ilə yerində dururdu. Solmuş gülləri və gülümsəməyi cənnətin qapısında atdı və qapıdan içəri girib cənnətdəki hər kəsi yanına çağırdı :
'Budur dünyada tapdığım və cənnət qədər gözəlliyini itirməyən tək şey - Ana sevgisi!"
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri