Çağıran kim idi?

Şərhlər: 6
Baxılıb: 2 354
Səs ver:
(səs: 4)
Bir dəfə cümə namazı qılmaq üçün məscidə gedən birisi adının çağırıldığını eşidir. Durub dörd yanına baxsa da, heç kəsi görmür. Yoluna davam etmək istədikdə yenə adının çağırıldığını eşidir:
- Ey Mürşid oğlu İbrahim, bu gündən sonra namaz qılmaq borcu sənin boynundan qaldırıldı. Bu vaxta qədər qıldıqların yetər, daha qılmaya bilərsən.

Adam bir anlığa özünü itirdi, amma tezliklə də fikrini cəmlədi və gülümsünərək söylədi:
- Ay şeytan, ay şeytan, drədd ol yolumdan.

Yenə səs gəldi:
- Yaxşı, düz bildin, yolundan rədd olaram, amma bir söylə görüm Şeytan olduğumu haradan bildin?

- Bunu bilməyə nə var ki, əgər Quranda buyurulursa və Rəsulullah son gününə qədər namaz qılırsa, mənim kimi üzüqara bir bəndə namaz borcundan necə qurtara bilər?
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri