Bağlı qapını açan zikr

Şərhlər: 9
Baxılıb: 4 791
Səs ver:
(səs: 6)
Beytul-müqəddəsin açarı həmişə Süleymanın (ə) yanında idi. Özündən başqa heç kəsə etimad etmirdi. Bir gecə Süleyman (ə) bu qapını açmaq üçün Beytul-müqəddəsə gəldi, ancaq qapı açılmadı. Cinlərdən yardım istədi və onlar da bu qapını aça bilmədilər.

Çox qəmgin və narahat oldu. Güman etdi ki, Allah ona Beytul-müqəddəsə girməyi qadağan etmişdir. Bu zaman öz əsasına söykənən bir qoca gəldi. O, Həzrət Davudun (ə) yoldaşlarından idi.
Süleymanın (ə) yanına gəlib dedi: "Niyə qəmginsən?".
Süleyman dedi: "Bu evin qapısını açmaq mənə və yoldaşlarım olan cinlərə müşkül olmuşdur".
Qoca dedi: "Sənə atanın qəm və qüssə içində olan zaman söylədiyi kəlmələri təlim verimmi?".
Süleyman dedi: "De, ey qoca".
Qoca dedi: "De:
اللهم بنورك اهتديتُ و بفضلك استغنيتُ و بك اصبحت و امسيتُ، ذنوبي بين يديك، استغفرك و اتوب اليك يا حنّان يا منّان
Yəni, Allahım! Sənin nurunla hidayət olmuşam, fəzlinlə ehtiyacsız olmuşam, Sənin yardımınla səhər və axşam etmişəm, günahlarım Sənin yanındadır. Dərgahından bağışlanma istəyirəm və Sənə tərəf qayıdıram. Ey Mehriban və Minnət qoyan Allah".
Həzrət Süleyman (ə) bu kəlmələri dedi və qapı açıldı.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 4 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri