Franz Kafka və Milena

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 532
Səs ver:
(səs: 2)
Milena Yessenskaya Kafkanın əsərlərini almancadan çex dilinə tərcümə edirdi.
Milena Praqada aristokrat bir ailədə dünyaya gəlmişdi. Amma bu elitar həyatı sevmirdi. Buna görə də daim öz ailəsi ilə münaqişədə vəziyyətində idi.
Gənc yaşlarında yəhudi əsilli bir yazıçıya aşiq olur Milena. Ancaq atası buna qarşı çıxır. Milena geri dönmür öz yolundan. Atası Milenanı əsəb xəstəxanasına aparır. İki il burada yatıb, çıxdıqdan sonra narkotik maddələrdən istifadə etməyə başlayır.
Atası ilə bütün münasibətləri kəsir. Pul qazanmaq üçün tərcümələr etməyə başlayır. Elə bu vaxt Franz Kafka ilə tanış olur. Onun da əsərlərini tərcümə edirdi Milena.
Kafka Milenanı sevməyə başlayır. Ona məktublar yollayır. Bir-birini dəli kimi sevirlər. Ancaq qovuşmaqları mümkünsüz olur.
Kafka Milenanın həyatında çox önəmli yer tuturdu. İkisini birləşdirən biri o idi ki, həyatlarında ataları ilə yaşadıqları münaqişələr mühüm yer tuturdu.
Milena Kafkanın yazdığı məktubları atmırdı. Hiss edirdi ki, Kafka çox böyük yazıçıdır. Gün gələcək bu məktublar bütün dünyada əldən-ələ gəzəcək... 
Milena pul tapmadığından Kafkanın məktublarını satır. Onda Kafka yox idi bu dünyada.
Yəhudilərlə əlaqəsinə görə Milenanı həbs etmişdilər. Və ömrünün son günlərini bir əsir düşərgəsində keçirmişdi.
Kafkanın ona yazdığı məktublar sonradan kitab şəklində dərc olundu.
Dürüst bir insanam, Milena”
"Mənim həyatımda minlərlə "bəlkə” var. Dürüst bir insanam, Milena. Əsarətin icazə verdiyi qədər dürüst. Heç kimdə olmayan bir şey var məndə.
Rahat yaşamağım üçün bir dəqiqə belə mənə çox görülüb. Hər şeyi savaşaraq qazanmaq məcburiyyətindəyəm. Ancaq gələcəyimi yox, həm də keçmişimi özüm yaratmaq məcburiyyətindəyəm. Yer sağa dönürsə, bu ritmə uyğunlaşmaq üçün mənim də sola dönməyim lazımdır. Palto geyinməyə ərinirəmsə, bu dünyanı kürəyimdə necə daşıya bilərəm? İçində olduğum vəziyyəti heç kimə başa sala bilmirəm. Sən də başa düşməzsən. Özüm də başa düşmürəm… Başqalarına necə başa salım ki?”
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri