Tənha ağac

Şərhlər: 6
Baxılıb: 4 160
Səs ver:
(səs: 2)
Uzaqlarda , çox uzaqlarda , sirli bir məkanda , tənha bir dərənin üstündə bir ağac vardı.
Amma sonsuz idi o, tənha idi ; nə bar verirdi, nə yaşıllaşırdı.
Kimsəsiz idi o bu zalım dünyada ; nə yoxlayanı vardı, nə yada salanı.
Yaz keçdi tənha qaldı, yalqız qaldı 
Yay bitdi qəhərləndi , qüssə çəkdi, dərd çəkdi
Payız gəldi xatırlandı , ziyarətinə gəlindi. Parçalandı, doğrandı…
Qış uzunu üşüdü, üşüdü … 
Yaz əvvəli gülüşlər gəldi , gülüşlər yaxınlaşdı. Bir budaqdan ip asıldı. Gülüşlər ucaldı, sevinclər çoxaldı, şənlik içıq saçdı. Günəş batdı, gülüş getdi, şənlik itdi…
İllər keçdi, illər ötdü. O tənha dərədəki tənha ağac doğrandı, doğrandı… Axır bir kötük qaldı, bir də tənha dərə.
Yay ortasında uzaqdan bir çəlik göründü. O çəlik irəllədi, üzünü tənha dərəyə tutdu, irəllədi. Dərəyə çataçatda yavaşıdı , titrədi . Oturdu. Naxışlı dəsmal alnı sildi, boynu sildi. Yorğunluq quş oldu uçdu. Çəlik durdu, yolun tutdu …
İllərlə o tənha dərədə , tənha qaldı. Onun qiyməti bilinmədi.
Parçalandı, doğrandı. Onun qiyməti bilinmədi.
Qış uzunu sobadakı istisinə qızınıldi. Onun qiyməti bilinmədi.
Yaz əvvəli şənliyə, gülüşə səbəb oldu. Onun qiyməti bilinmədi.
Yay sonunda yorğunluq çıxardı. Onun qiyməti bilinmədi.
Vaxt gələcək xatırlanacaq, zaman gələcək onun qiyməti bilinəcək. Bax bir saniyə keçdi . Biri də… Biri də…
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri