Dərviş və pul

Şərhlər: 3
Baxılıb: 3 692
Səs ver:
(səs: 4)
Bir gün bir padşah bir vəzirinə bir qədər pul verir və şəhərdə nə qədər dərviş varsa, onlara paylamağı tapşırır. Vəzir bir neçə dərvişin yanına gedir, ancaq axırda pulu aldığı kimi padşaha qaytarır. Padşah:
 
- Bəs pulu nə üçün paylamadın? - deyə soruşur.
Vəzir:
- Padşahım, bu pulu verməyə dərviş tapmadım, - deyə cavab verir.
Padşah:
- Axı bu necə ola bilər? Şəhərdə yüzlərlə dərviş var? - deyir.
Vəzir isə ona bu mənalı cavabı verir:
- Padşahım, dərvişlər pulu qəbul etmədilər. Pulu qəbul edənlər isə dərviş deyildilər...
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 3 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri