Kralların əxlaqsız sevgililəri: yataqlardan saraylara uzanan yol

Şərhlər: 5
Baxılıb: 2414
Səs ver:
(səs: 1)
Tarixin sirləri heç zaman gizli qalmır. Bir zamanlar barəsində təkcə danışmaq yox, həm də düşünməyin qorxu yaratdığı həqiqətlər illər, bəlkə də əsrlər sonra açiq şəkildə müzakirə olunur. Tarixdə ad çıxarmış əxlaqsız kraliçalarla bağlı məlumatları təqdim edirik. Fransa Kralı XV Luisin aşnası Madam La Pompadour Əsl adı Janna Antonette Possondur. Fahişəliyi ona anası öyrədib. 23 yaşında ikən kralla görüşməyə başlayıb. Kralı ətrafına daha az gözəlçə yığmasının qarşısını almaq üçün yataqda müxtəlif fantaziyalar göstərib. Kral da onu çox sevirdi. Luis ondan ölənə qədər ayrıla bilməyib. Madam Du Bari XV Luisin Pompadourdan sonrakı aşnası olub. Barinin ondan zəhləsi gedirdi. Bari rahib və bir papaqçının qeyri-qanuni övladı olub. Kral sarayına qədər Bari Parisdəki müxtəlif fahişəxanalarda "çalışıb”. Luis onu saraydakı adamlarından biri ilə evləndirir. Daha sonra onu uzaq əyalətlərə göndərir və Bari ömrünün sonuna kimi Luisin yataq yoldaşı olur. Kral öləndən sonra dövlət işlərinə qarışdığına görə saraydan qovulub. Saray əleyhinə üsynalara qarışdığı üşün başı "gilyotin” altında kəsilib. İngiltərə kraliçası Anna Boleyn VIII Henrinin ikinci arvadı və kraliça I Yelizavetanın anasıdır. Henrinin ən sevdiyi aşnası olub. Kral Anna ilə evlənmək üçün İngiltərənin Roma kilsəsindən asılılığına son qoyur və ölkədə Anqlikan kilsəsinin qurulması əmrini verir. Özünü kilsənin başçısı təyin edir və həyat yoldaşı Katrina Araqonu boşayır. Katolik inancına görə Tanrı hüzurunda evlənənlər boşana bilməzdilər. Daha sonra Anna Boleynlə evlənən kral onunla cəmisi 3 yaşadı. Həmin əsnada Anna Jan Seymura aşıq olur. 29 yaşlı fahişə bununla kifayətlənmir, o Ser Frensis Uiston, Henri Noris və öz qardaşı Corc Boleyn də daxil olmaqla 6 adamla zina edir. Bundan xəbər tutan kral onu London qülləsində edam etdirir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri