Bir gün...

Şərhlər: 4
Baxılıb: 3 850
Səs ver:
(səs: 3)
Boşluqdaydım...

Bir gün o çıxdı qarşıma...Tanış olduq, danışdıq, görüşdük. Gün gəldi gördüm ki, o və mən deyildə ''biz'' olmuşduq. Məni sevirdi. Yəni elə deyirdi. 
Qısa zamanda çoxmu bağlanmışdım, bəli, dəlicəsinə. ''Biz'' vardı artıq o və mən ''biz'' olmuşduq. Xoşbəxtdik, xəyallarımız vardı bizim gələcəyə dair.. o çox gözəl xəyallar. Həmişə sevəcəkdi məni, heç buraxmayacaqdı. 

Söz vermişdi getməyəcəkdi. Həmişə xoşbəxt olacağıq deyə bir şərt yox idi bizdə, bəli pis günlərimizdə olacaqdı, amma biz əl-ələ verib, dözəcəkdik buna. Bir gün o çıxdı qarşıma...Amma bir gün bu qurduğumuz xəyallar hamısı puç oldu.Getdi...Bir gün o çıxdı qarşıma...Mübahisələrimiz, inadlaşmaqlarımız bitirmişdi bizi. Bezmişdi..
Halbuki mən hər mübahisəmizdə, davalarımızda belə ona bir daha aşiq olardım. Bəli, inanmağım gəlmədi, amma heç sevməmiş kimi, o qədər zamanı birlikdə başqasıyla keçirmiş kimi, heç ağrımadan, arxasını dönüb getdi. Necə olardı? 
Məni, ''mələyim'' dediyi adamı necə buraxa bilərdi? Bu suallar beynimi gəmirirdi. Ya heç dönməzsə? Ya başqasının olarsa?Amma ola bilməzdi, söz vermişdi mənə. İlk başlarda ''xeyr, getmədi o məni buraxa bilməz,geri dönəcək" deyə israrla özümü buna inandırdım. 1 saat danışmasam belə dəlicəsinə darıxdığım adamla 1 gün boyunca danışmadım. Bəlkə kiçik bir zaman müddəti ola bilər, amma mənə bir ömür boyu yoxluğunu hiss edəcəkmişim kimi gəldi. Bütün gün dua etdim. Tək bir mesajıyla məni xoşbəxtlikdən öldürə bilərdi. ''Səni sevirəm'' deyə bilərdi. Gecənin sonunda gözlədiyim mesaj gəldi. Amma bu mesaj "səni sevirəm" kimi də ola bilərdi, amma olmadı. Məhv oldum. Başqalarına tamamilə bitdi dediyini heç unutmaram, həqiqətən də bitdi.Bir gün o çıxdı qarşıma...Artıq özümü alışdırmalıydım bu vəziyyətə. O yox idi, getmişdi və ən pisi mənim deyildi. Mesaj yazmayacam dediyim halda dözə bilməyib, hər mesajına cavab verdim, hər zəng etdiyində zənginə cavab verdim. Qürurumu ayaqlar altına aldım, təslim olmadım, ondan imtina etmədim, edə bilmədim. Çünki bilərdim eşqdə qürur olmazdı, olmamalı idi. Onun mənə bir sözü vardı "kimsə olmayacaq həyatımda səndən başqa, yalnız səni sevəcəm ölənə qədər, yalnız sənsən mənim üçün'' demişdi.Amma sözünü tuta bilmədi. Tutmasın da.. Başqasıyla idi onsuz da. Çox ağladım. Günlərcə, həftələrcə, aylarca..Amma boş yerə.. Dönmədi. Hə, bir də ən pisi odur ki, mənimlə qurduğu xəyalları onunla yaşadı. Qəbul etdim artıq başqasının olduğunu. Qəbul etdim və ya susdurdum özümü.. Onsuz da başqa nə edə bilərdim ki? Başqasıyla olması deyildə bir də arxamdan ''onsuz da heç sevmədim'' deməsi məni öldürdü. Layiq idim ki, bu olanlara? Bilmirəm, bəlkə də layiq idim. Çünki o hər şeyin ən yaxşısını bilərdi.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri