-Həyat
insana nə yaxşılıq, nədə pislik etməyib.Çünki ona bu ixtiyar
verilməyib.Amma insan həyata həm yaxşılıq həmdə pislik edə biləcək
ixtiyardadır və edir. İnsanlar həmişə belədir,pis vəziyyətə düşərkən
vəzifələrini unudurlar,Allaha üsyan edərək,həyatı pisləyirlər. Əslində
olan isə,həyat bizə,özü belə bilmədən,köməklik göstərir. Bizə öz
qucağında yer verir,bizlər və ailəmiz onun içərisində formalaşırıq. Və
ən əsasda,azad yaşama hüququ bəxş olunur.
- Yalnız çox
zaman insanlar arasında belə bir sual ortaya çıxır.Həyat bizə öz içində
yer ayırırsa,bizi sevirsə bəs niyə müharibələr baş verir? -Bəs niyə ac
qalıb,səfil günündə yaşıyanlara baxıb öz səmtini eyniliklə idarə edir?
- Suala,sualla cavab verək:Bunları həyatmı edir? -Yox! Bunları biz
özümüz edirik. Həyat yararlana biləcəyimiz hər bir qida ilə təmin
edilib. Sadəcə günah bizdədir. Bəli,biz isanlarda! Çünki,hər kəsə eyni
pay düşmür,əsasən ürəkləri təmiz olanlar və vicdanlı kəslər həyatdan
biganə qalır. Və həyata,üsyan etməyib,Allaha sığınırlar,hər anında.Lakin
hər nə qədərdə olsa yenə bir mənfi cəhətləri vardır...
- Özlərini,hər kəs kimi bilmək. Və sonunda böyük təəssüflərlə qarşı-qarşı qalmaq...
Və xahiş edirəm, heç vaxt"Vəfasız həyat"-deyə və ona bənzər kimi
cümlələr ifadə etməyin.Çünki həyat heç bir zaman vəfasız olmayıb. O sizə
getmənizi məcbur etmir,siz özünüz gedirsiz.Əslində vəfasız olan
sizlərsiniz. Siz olsanızda,olmasanızda həyat davam edəcək. Acı
gerçəklikdə budur elə. Yəni yazılan qisməti həyata bağlamayın,o Tanrının
qanunudur.Biz bu həyatdan köçməklə ölmürük,əslində həyata gəlmiş
oluruq. Bura,yəni yer kürəsi, sadəcə sınaq üçün ayırılmış kiçik bir
kürəcikdir,başqa heçnə.
Sevdiklərinlə birlikdə
Həyat sizi bu dirlikdə
Adınızı daşıdırsa
Öz içində yaşadırsa
Dünyaya vəfasız demə!