Budur dünyanın hekayəsi

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 430
Səs ver:
(səs: 2)
Bir damcı bal yerə düşdü. Balaca bir qarışqa onun yanına gəldi və onu daddı. Getmək istəyirdi, amma balın dadı ona çox qəribə gəlmişdi. Geri qayıtdı və baldan bir dişlək daha götürdü.
Yenə getməyə qərar verdi, amma balın dadı onu buraxmırdı ki, buraxmırdı. Son dişləkləri də onu qane etmirdi. Düşünürdü ki, hələ də balın dadını sonuna qədər hiss etməyib, gərək o damcının içinə tullana ki, balın dadını daha da yaxşı hiss edə, onu ürəyincə yeyə bilə. Artıq qarışqa bal damcısının içinə tullanmışdı və xoşbəxt idi.
Amma əfsuslar olsun ki, ordan çıxa bilmədi. Bir müddət sonra ayaqları quruyub yerə yapışdı və hərəkət qabiliyyətini itirdi. O qədər bu halda qaldı ki, sonunda öldü.
B. Franklin deyir: Dünya böyük bir bal damcısından başqa bir şey deyil. Kimki ondan bir dişlək götürəcək və qırağa çəkilməyi bacaraq, o xoşbəxt olacaq. Amma kimki onun həzzinə doymayacaq və "axıra" qədər istəyəcək, həlak olacaq.
Budur Dünyanın hekayəsi.
 
Ali Khayyam



(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri