Nə tez unutduq?...

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 132
Səs ver:
(səs: 1)
Nə tez unutduq deyirəm əllərinin əlimin içində tərlədiyi o günləri. Çox bərk sıxardım mən. Yandan biri çıxıb alacaqlarmı əlindən nə bu təlaşın desə; "almayacaqlar, ala da bilməzlər, amma mən yenə də ehtiyyatımı tutum" deyərdim. Bilmirəm, bəlkə də heçnə deyə bilməyib, pəltəkləyərdim.
Nə tez unutduq deyirəm gəzdiyimiz o küçələri. Səmtimizin düz üstü. Rahat və kimsələrin olmadığı bir yer. Gəz o başa, gəz bu başa. İçdiyim ən gözəl şərabların qramlarına and olsun. Nə vaxtsa yenə kiminləsə küçə-bayırda gəzə biləcəyimə əmin olsam, nə olar nə olmaz o tərəflərdə gəzmərəm. Çünki, tövbə evə gedib gələ bilmirəm. Baxıram, az bir şey yaşamışıq, ancaq elə deyil. Sanki birlikdə bir ömür yaşamışıq kimi hər şey keçir gözümün önündən.
Nə tez unutduq deyirəm "sənsiz yaşaya bilmərəm" dediyimizi. Adamıq, bəlkə sözümüzün üstündə durmuşuq, zəng edib bir yoxlasan deyirəm heç olmasa. Kimə deyirsən. Nə bir zəng var, nə də bir sms.
Nə tez unutduq deyirəm bizi. Biz ki, bir-birimizə ən çox yaraşan. Ayaqla gəzdiyimiz küçələrdə bahalı maşınlara həsədlə baxmayan, elit restoranların önündən keçərkən ikimizə aldığımız bir bulkunu göyərçin kimi dimdikləyən, biz ki hər kəsdən çox bizi sevən. Nə tez unutduq?...

(c) Azad Novruzov
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri