Qabların bəhsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 519
Səs ver:
(səs: 3)
Alimin otağında olan qablar bir gün yarış keçirdi.Yarışın şərtləri belə idi.Hər qab bu otağa necə düşməsini söyləməli, bununla da hansı qabın daha səmərəli olacağı müəyyən edilməli idi. Əvvəlcə üstünə qızılgül şəkli həkk edilmiş büllur qab başını tərpətdi: 

-Mən hörmətli bir nazirin qonaq otağında gözəgəlimli yerlərdən birini tuturdum.Alimin ad günündə nazir dostu olduğu üçün məni ona bağışladı. 
Sadə, yaraşıqsız olan beş stəkan bu qaba həsəd apararaq xeyli dinməz dayandı.Yaraşıqlı bir çaydan xüsusi əda ilə nazlanaraq dedi: 
-Məni məşhur bir bəstəkar Almaniyadan alıb gətirmişdi.Alim onu o qədər dilə tutdu ki, axırda bəstəkar məni baha qiymətə alimə satdı. 
"Boylu-buxunlu” büllur vaz vəcdə gəldi: 

-Sahibim məni Fransa paytaxtının ən böyük mağazasından alıb gətirmişdir. 
Gözqamaşdırıcı güldan daha da parıldayıb dil-dil ötdü: 
-Mən dənizdən çıxarılan mirvari parçasından hazırlanmışam.Alimin Türkiyədəki xalası məni ona hədiyyə göndərib. 

Beləliklə, bütün parıltılı qablar üzlərini öyüb lovğalandılar.Yalnız beş sadə stəkan yarışın əvvəlindən axırına kimi susub bir kəlmə də olsun demədi.Utandıqlarından başlarını aşağı dikmişdilər.Bilirsinizmi niyə?Ona görə ki, alimin kasıb pulu ilə alınmışdılar. 
Mübahisə iki gün davam etdi.Çünki parıltılı qablar kimin daha hörmətli olmasını müəyyən edə bilmədilər.Hamısı da baş mükafata layiq görülməyə can atırdı. 
Bəs mübahisənin axırı nı ilə qurtardı?Qablar qızışdıqlarından bir-birinin üstlərinə atıldılar.Axırda hamısı çilik-çilik olub otağın döşəməsinə səpildi.Alim təəssüf etsə də, onları zibil qutusuna atmağa məcbur oldu.Otağın ən gözəgəlimli yerini isə beş sadə, yaraşıqsız stəkan tutdu.Çünki onlar halal mallar idi. 

Əli Cəfəroğlu (Əliyev),
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri