Güvənməyin gücü

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 357
Səs ver:
(səs: 1)
"Ah bacı, əmin olmadan mənə niyə söylədin? Araşdırıb söyləsəydin, ya da heç söyləməsəydin olmazdımı? Nə olacaq indi? Bir heç üçün evim yıxılır. Ərim, ailəm əlimdən gedir.
Sənə inandım, ərimə inanmadım. Haqqım halal deyil sənə, bunu bil...
Əslində qəbahət məndədir. İllərdir eyni yastığa baş qoyduğum, kədərimi, sevincimi paylaşdığım can yoldaşıma inanmaq varkən sənə inandım.
Nədir, ərim gənc bir qızla bir çay bağçasındaymış. Əgər məni, ya da yuvamı düşünsəydin, oraya gedər, ərimlə danışıb vəziyyəti öyrənərdin. Ya da araşdırar, qızın kim olduğunu öyrənərdin. Amma bunlar çətindir, sən asanı seçdin və gəlib mənə "Ərin səni aldadır" dedin.
Kimdir o qız, bilirsənmi? Ərimin xaricdə yaşayan bacısının qızı. 10 ildir xaricdə olan bacısının. Mən də son dəfə ibtidai məktəbə gedərkən görmüşdüm onu. Amma sən dərhal ərimin məni aldatdığını düşünə bildin. Və gəlib mənə  öz əlavələrinlə bildirdi. Mən nə etdim? Olanları ərimdən soruşmadan yalnız ona təhqir dolu bir mesaj yazaraq çamadanımı götürüb arxama belə baxmadan anamgilin yanına getdim. 
Ah, mənim axmaq başım. Hər şeyə inanarlarmı? Xüsusilə də belə əhəmiyyətli bir mövzuda.
Heç vaxt itirərəmmi? Boşanma iddiasını da dərhal açdım. Bu müddət ərzində ərimin və ailəsinin görüşmə tələblərini rədd etdim. Telefonlarına cavab vermədim. Ən sonda dözə bilməyib günlər sonra ərimin telefonunu açdım və elə təhqir etdim ki, düşmən etməz. Düşün, mən o adamın arvadıyam. Sonra ərim qapıya gəldi, qapıdan qovdum. İzah etməyə çalışdı, inanmadım. Ən son bacısı qızı gəldi. İlk baxışda mən belə tanıya bilmədim, böyük gənc qız olub, mən görəndə 10-11 yaşlarında idi. Gəldi əllərimi öpdü, bir səhvi olmadığı halda üzr istədi.
O gedəndə içimdəki yanğını heç bir söz tərif edə bilməz... O qədər peşmanlıq hiss edirdim ki, dərhal ərimi axtardım.
Telefonda o da ağladı, mən də. Dedi: ''Etdiyin təhqirlər, söylədiyin incidici sözlər məni incitmədi, bilirsənmi? Məni incidən mənə etibar etməməyin və inanmamağın oldu. İki ay oldu, uzun iki ay. Biz bir-birimizin ən yaxını deyildikmi? Biz ər-arvad deyildikmi? Mənə deyil, el-aləmin sənə dediklərinə inandın. Mən sənə hər şeyi açıqladım, yenə inanmadın, ta ki, bacımın qızı gələnə qədər. Mənim deyil, bir başqasının izah etməsinə nə gərək vardı? Mənim söylədiklərimdən başqa bir şey söylədimi sənə? Xeyr. Demək, sən hər kəsə güvənib, inanırsan, mənə inanmırsan. Mütləqdir ki, bəziləri məni təsdiqləsin. Bir evliliyin təməllərindən biri nədir - etibar. Etibarsız bir evlilik necə davam etdirilə bilər?
Səni çox sevirəm. Sənin məni sevdiyindən çox-çox sevirəm. Amma mənə etibar etməyən bir insanla bu evliliyi davam etdirə bilməyəcəyəm. Düşün, sənin etdiklərini mən sənə etsəydim, sən kədərlənməzdinmi, inciməzdinmi? Özünü mənim yerimə qoy" dedi və dəstəyi qoydu.
O gündən bəri o, mənimlə görüşmür. Bunları sənə niyə izah edirəm, bacı. Halımı gör və belə mövzularda araşdırılmadan addım atılanda nəticənin nə olduğunu bil. Gör məni, bir ailə heç nədən necə yıxılır? Bunları gör - mənə etdiyini başqasına etmə. Soruşub dəqiqləşdirmədən addım da atma...
Bu gün məhkəmə günümüzdür, dua et ki, yoldaşım qərarını dəyişdirmiş olsun..."
Bu hekayə olmuş bir hadisədir. Ümid edirəm ki, ürəklərindəki sevgiləri nəfslərinə qalib gəlmişdir və bu cütlük yeni xoşbəxt həyatlarını davam etdirirlər.
Hekayədəki üç tərəfin yerində hər birimiz ola bilərik. Dedi-qoduçu qadın kimi gördüklərimizi "ünvana" çatdırmadan öncə düşünək, gözlərimizin bizi aldatması səbəbi ilə kimlərinsə həyatını məhv edə bilərik...
Səbirsiz qadının başına gələn başımıza gəlsə, qarşıdakına danışmaq haqqı verək. Dinləmək və danışmaqla çox problemləri kök salmadan həll etmək olar...
Şərlənən ərin vəziyyətinə düşsək, yenə də səbr edək. Etibar etmək çox önəmlidir, xüsusilə ailə daxilində. Amma bu duyğunun azlığı ailəni dağıtmaq üçün səbəb deyil. Özümüzə də güzgüdə baxaq - qarşı tərəfdə olmayan, amma bizdə olan mənfilərimizi görə bilirikmi? Axı heç kim ideal deyil... Qarşı tərəf səhvini anlayıbsa, kini bir tərəfə qoyub bağışlamağı bacaraq... Ailəmiz üçün... Özümüz üçün... Allah üçün...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri