Darmadağın

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 1 796
Səs ver:
(səs: 0)
Bir əli ilə telfonu, bir əli ilə şəkilləri qurcalıyırdı. Səssizcə gözləyir, əlləri o qədər titrəkdi ki, telfon yerə düşməkdən çat vermişdi. Gözlərinin qucağladığı şəkillərə baxıb köks ötürürdü. Dişlərini bir-birinə qıcayıb, son mesajlara baxmağa davam edirdi. Əllər titrək, qəlb kövrək və o gün bir qız valdeyin qorxusundan səssiz ağlamaq məcburiyyəti.
- Səs eşidilməsin deyə yorğanı qucaqlayıb var gücü ilə ağlayaraq, ötən günlərini önünə gətirirdi. İncə bir varlıq, bu cür qətlə yetirilməsi ağılasığmazdı. Zülfü sifətinə elə yapışıb ki, sanki hər bir tel dilə gələrək "ağlama" deyə yalvarır. Sol çiyində əyləşən mələk belə, günah dəftərini tullayıb yardıma gəlmişdi o gecə. Qadın ölməyi, ölüm isə onun yaşamağını istəyir. O baxışlar, o şıltaqlıq məhv olmuşdu daha. Dəlisov hisslər, payız yarpaqları kimi sərxoş vəziyyətdə keyidilmişdi. Heçnə işləmirdi, saat susub, zaman dəyanıb, davam edən sadəcə göz yaşları.
- Üzülmüşdü, o gecə Tanrı üzülmüşdü.
- Çətir qoxulu qadından heçnə qalmamışdı. Qırışlar o günün tarixçəsi. Qurduğu dünyada hər kəs ölməlidir, çünki göz yaşları bütün şəhərləri basdıracaq qədər güclü axırdı. Nuhun gəmisi hazırlanmamışdı. Düşnməzdi nə vaxtsa o gəmi lazım olar, çünki ondan gələn hər şey gözəl idi. 
- Düşünmədi, bilmirdi, sanırdı ki, ölüm aşiqlərin ikinci cənnətinə aparan yoldur. Son mesajlar, əli ilə səliqəyə salınan fotolar. Və hələdə bu qədər ağrı içərisində, islanmış əlləri ilə, ucları bükülmüş şəkilləri düzəldir və oğlanın yanaqlarını sığallayır. Səhər açıldığının fərqinə varmır, hər sübh namazından sonra əl-üzünü yuyur və 'ac deyiləm ana' deyib otağına keçirdi.
- Hamı eyni sözləri təkrarlayır: 'Ağılsızsan', 'dəyməz', 'keçib gedəcək'. Bilmirlər, dostlar, tanışlar hamısı uzaq baxışlı yad simalar. Gecələr xəstə kimi, zəng çatmayan nömrəyə onlarca mesaj yazıb zəng edər və təkrar-təkrar pıçıldayar : Səni sevirəm.
- Anlaya bilmirdi, bir insanı bu qədər sevmək acizlik yoxsa özünə edilə biləcək ən böyük sui-qəsd? 
- Qapalı otaqlar, tozlu şəkillər, özlü yollar. Hamısı bir kəsi xatırladır. Atasından başqa gördüyü hər kişini o sanırdı. Gözlərmi dəlirmiş, yoxsa baxışlar bərkimiş? - Bilmir, o bilmir, heç nəyi, heç kimi... - Cismi yerdə olmağının nə mənası, ruh artıq vidalaşandan sonra?
- Qorxar, yorular, daha nə olacağı önəmli deyildi.
- Anidən gülümsəyər, susar və lənətə gəlsin.. yenə də ağlayardı.
- Çox vaxt qara baxışlarla, mavi buludları seyr edər və hərdən söyləyər: Hələdə ordamısan Tanrı?
- Və göydən bir damcı yendi üz çuxurlarına..

- Süleyman Əliyev
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri