İsti münasibət

Şərhlər: 3
Baxılıb: 2 144
Səs ver:
(səs: 1)
[url=http://]http://[/url]Bir gün loğmanın ağasina hədiyyə olaraq bir qarpız gətirirlər. o, xidmətçisinə Oğlum, get Loğmanı çağır deyir.Loğman bu çağırışa dərhal cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verliən dilimi bal kimi, şəkər kimi yeyir.Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadir. beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.Yerdə bir dilim qalir. Ağası Bunu da mən yeyim, baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir qarpızdır deyir. Çünki Loğman elə ləzzətlə, elə zövqlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı. Loğmanin ağası son dilimi yeyər-yeməz qarpızın aciliğindan ağzıni atəş sarır, dili uçuqlayir, boğazı yanır. Acılığından bir müddət sanki özünü itirir.Sonra isə Loğmana deyir. 
-Belə bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu ki, lütf saydın bu necə səbrdir? Nə üçünsəbr etdin? Sanki canına qəsdin var! Nə üçün bir şey söyləmədin? bir az səbr et, indi yeyə bilmərəm demədin? 
Loğman bu cavabı verir 
-Sənin nemətlər bağışlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat oldum. Buna baxmayaraq əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi bu acıdır yeyə bilmərəm deyə bilmədim. Əgər bu qədər bir acıya dözə bilməyib, fəryad edərəmsə, bütün zərələrim torpağa qarışsın. Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızdakı acılığı saxlayarmı? Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. sevgidən bulanıq,çöküntülü sular dumduru bir hala gələr, sevgidən dərdlər şəfa tapar. sevgidən ölülər dirilər, sevgidən padişah qul olar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri