Uşaq və köpək balası

Müəllif: Fi-Ra
Şərhlər: 2
Baxılıb: 2 425
Səs ver:
(səs: 1)
"İt Balaları Satılır" elanının dərhal altında kiçik bir uşağın başı göründü və uşaq mağaza sahibindən soruşdu:
- İt balalarını neçəyə satırsınız?
Mağaza sahibi:
- 30 dollarla 50 dollar arasında dəyişir qiymətləri.
Mənim 2 dollar 37 sentim var - dedi uşaq. Bir baxa bilərəmmi balalara?
 
Mağaza sahibi güldükdən sonra bir fit çaldı və it daxmasından beş dənə yumaq halında bala çıxdı. Balalardan biri arxadan gəlirdi. Kiçik uşaq gəzməkdə çətinlik çəkən şikəst balaya işarə edib soruşdu:
- Buna nə olub?
Mağaza sahibi onun bud çıxığı olduğunu və həmişə şikəst olacağını açıqladı.
Kiçik uşaq həyəcanlanmışdı:
- Mən bu balanı satın almaq istəyirəm.
Dükan sahibi:
- Xeyr, o balanı satın almağın lazım deyil. Əgər doğrudan da istəyirsənsə o balanı sənə müftə verirəm.
Kiçik uşaq birdən əsəbiləşdi. Mağaza sahibinin gözlərinin içinə dik- dik baxaraq:
- Onu mənə verəsiniz istəmirəm. O da digər balalar qədər dəyərlidir və mən qiymətini tam olaraq ödəyəcəyəm. Əslində indi sizə 2 dollar 37 sent verəcəyəm və geri qalanını ayda 50 sent ödəyərək tamamlayacağam".
Dükan sahibi uşağı inandırmağa çalışdı:
- Bu iti həqiqətən satın almaq istədiyini zənn etmirəm. Bu bala heç bir zaman digər balalar kimi qaçıb, tullanmayacaq və səninlə oynamayacaq.
Bunun üzərinə kiçik uşaq əyildi, şalvarını çırmalayıb və böyük bir metal parçası ilə dəstəklədiyi şikəst ayağını dükan sahibinə göstərib, şirin bir səslə:
- "Mən də çox yaxşı qaçmıram və bu körpənin özünü çox yaxşı anlayacaq bir sahibə ehtiyacı var" - dedi.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri