Adi
günlərdən biriydi. Həmişəki kimi internetə daxil olub yeniliklər
axtarırdım. İnsanlarla ünsiyyət qurmaq üçün nik açdım özümə. Hər şeydə o
nikdən başladı. Əvvəldən oğlanla qızın dostluğuna inanmırdım. Amma risk
etmək istədiyim üçün mənə dostluq təklif edən bir insanla tanış oldum.
İlk yazıdan nə iləsə fərqlənirdi. Başqa insanlar kimi şablon sözlərdən
və suallardan istifadə etmirdi. İndi düşünürəmki bəlkədə məhz bu cəhət
məni ona cəzb edib. Tanışlığımız ilk gündən mövzular ətrafında olan
fikirlərimizdən başladı. Söhbət etdikcə mənə elə gəlirdiki səmimi
deyil mənlə. Çünki nə fikirləşirdimsə mənlə razılaşırdı. Gündən-günə
söhbətimiz daha da maraqlı olurdu. Artıq sagollaşıb yatandada
danışdıqlarımızı beynimdə götür qoy edirdim. Hətta elə olurduki nəsə
sözlər, zarafatlar yadıma düşürdü harda olmağımdan asılı olmayaraq
üzümdə təbəssüm yaranırdı. Evə tələsirdimki onunla söhbət edim. Çox
bağlanmışdım. Görüşmək qərarına gəldik. Həmin günün gəlməsini
səbirsizliklə gözləsəmdə içimdə həyəcan məni boğurdu. Sanki dostumla yox
sevdiyim insanla görüşə gedirdim. Görüş günü yağış durmadan yağırdı.
Özümdən asılı olmadan "Eh yağışda yağmağa vaxt tapdı” deyib deyinirdim.
Nə biləydimki həmin yağış ürəyimdə sevgi toxumu cücərdəcək. Görüşərkən
yağış bizə həyəcanı bələ unutdurmuşdu. Yağış damlaları gözlərimdən
yanagıma axdıqca gülümsünürdü "məni görüb sevindiyindən ağlayırsanki”
deyə zarafat edirdi. Ayrılıb evə gəlsəmdə siması, dediyi sözləri
ağlımdan getmirdi. Sanki dahada darıxırdım onsuz. Hər sözümün başlığında
da ,sonunda da Dostumuydu.
Özümdə hiss
etmədən sevgi yarandı qəlbimdə. Bu hissi məhv etmək istəsəmdə,gün-gündən
o məni məhv edirdi. Tək ALLAHımla bölüşdüyüm sirri artıq qəlbimdə
saxlaya bilmirdim. Dost dediyim insana artıq dost deməyə belə utanırdım.
Daha dözə bilməyib ürəyimdən keçənləri məktubla email adresinə
göndərməyi qərara aldım.Yazdığım sözləri göndermek istiyəndə onan mesaj
gəldiyini gördum. Sevinə-sevinə açıb oxumaq istəyərkən bütün xəyallarım
puç oldu. Dostum başqa birinə vurulmuşdu. Məni
dost bildiyi üçün sevincin ilk olaraq mənlə bölmüşdü. Hec nəyi dəyişmək
mümkün deyildi. Günlərcə duyduğum sevgidən yatmayıb, yeyib-içmədiyim
halda indi mən nə edim deyə yuxusuz qalırdım. Son fikir ayrılığı seçdim.
Dostumla son dəfə görüşmək istəyirdim. O isə bundan xəbərsiz "yaxşı
görüşək həmdə sənə sevdiyimdən danışım” deyirdi. ALLAHın qismətindən
yağış damlaları yenə gözlərimdən yanağıma süzülürdü. Heçnə danışa
bilmirdim. Hıçqırıqlarım duyulmasın deyə susurdum. Zarafatından yenə
qalmırdı. ”Yağış yanaqlarını yenə isladıb amma daha ağlamırsan” dedi.
Son görüşümü bəhanələrlə bitirdim. Ağlaya –ağlaya evə getdim....