3 SUAL

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 450
Səs ver:
(səs: 2)
Bir gənc onun suallarına cavab verəcək adam axtarırdı. Çoxları ilə görüşdü, amma suallarına cavab verən olmadı. Bir gün o, müsəlman ilahiyyatçısı ilə rastlaşdı və öz suallarına cavab istədi:

1. Allah varmı? Əgər varsa, mənə göstər.

2. Qəzavü qədər nədi?

3. Deyirlər İblis cəhənnəm odunda yanacaq. O, oddan yaradılıb. Od onu necə yandıracaq, necə əzab verəcək?

Suallar bitdi və alim ona bir şillə vurdu.

Gənc məəttəl qalıb soruşdu:

- Mənə niyə acığın tutdu?

Alim cavab verdi:

- Mən qəzəblənmədim. Bu, sənin suallarına cavab idi.

- Necə?

- Şillə dəyəndə nə hiss elədin?

- Əlbəttə, ağrı.

Ağrının var olduğunu qəbul edirsən?

Bəli.

- Onda ağrını mənə göstər.

- Bacarmaram.

- Bu sənin birinci sualına cavab idi. İndi de görüm, dünən sən yuxuda görmüşdün ki, sənə şillə vururam?

- Yox.

- Nə vaxtsa ağlına gələrdi ki, mən sənə şillə vuram?

- Yox.

- Bu, qəzavü qədərdi. Mənim əlim nədəndi?

- Ətdən.

Sənin üzün?

- Ətdən? Üzün ağrıdımı?

- Bəli, çox.

- Bu isə sənin üçüncü sualına cavab.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 450
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri